Messi: "O oyundan əvvəl dəhşətli kabus hiss edirdik"
Argentina yığmasının lideri Lionel Messi DÇ-2018-in seçmə mərhələsinin son oyunundan - Ekvadorla qarşılaşmadan danışıb. Messi özünün və komanda yoldaşlarının qarşılaşmadan əvvəl keçirdikləri hissləri ictimaiyyətlə bölüşüb.
10 Noyabr 2017 18:50 İdmanArgentina yığmasının lideri Lionel Messi DÇ-2018-in seçmə mərhələsinin son oyunundan - Ekvadorla qarşılaşmadan danışıb. Messi özünün və komanda yoldaşlarının qarşılaşmadan əvvəl keçirdikləri hissləri ictimaiyyətlə bölüşüb. O, oyundan əvvəl dəhşətli kabus hiss etdiklərini vurğulayıb: "Əlbəttə, yığmanın futbolçuları ağlasığmaz təzyiq və dəhşətli kabus hiss edirdilər. Peru və Venesuela ilə oyunlarda şansımızdan yararlana bilməmişdik. Biz həmin qarşılaşmalarda da qələbəyə layiq idik. O qarşılaşmalrda qalib gəlsəydik, belə təzyiq altında qalmazdıq.
Son anda tapşırığı yerinə yetirə bildik. DÇ-yə getməməyimiz faciə olardı". Argentina yığması Ekvadorla oyunda 3:1 hesabı ilə qalib gələrək, mundiala vəsiqə qazanıb. Messi isə het-trik edib. Komanda.az