Millimiz İranda ənənəvi turnirdə çıxış edəcək

Dekabrın 2-də futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində start götürəcək "4 Top Nations" ənənəvi beynəlxaq turnirinə qatılacaq. 

Dekabrın 2-də futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində start götürəcək "4 Top Nations" ənənəvi beynəlxaq turnirinə qatılacaq. 

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək yarışda İran, Qazaxıstan və Rusiya milliləri də mübarizə aparacaq. 

Azərbaycan yığması dekabrın 3-də İran, dekabrın 4-də Rusiya, dekabrın 6-da isə Qazaxıstanla üz-üzə gələcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31