Lavrov: "Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik"

"Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik. Lakin ABŞ prezidentinin səlahiyyətlilərinin məslə ilə bağlı nə dediklərini bilmirəm. Bunu onların özlərindən soruşun". Bunu Rusiya XİN başçısı Sergey Lavrov "Rossiya-24” kanalına Rusiya və ABŞ prezidentlərinin Vyetnamda keçirilən sammit çərçivəsində görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

"Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik. Lakin ABŞ prezidentinin səlahiyyətlilərinin məslə ilə bağlı nə dediklərini bilmirəm. Bunu onların özlərindən soruşun". Bunu Rusiya XİN başçısı Sergey Lavrov "Rossiya-24" kanalına Rusiya və ABŞ prezidentlərinin Vyetnamda keçirilən sammit çərçivəsində görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

Lavrov Amerika tərəfinə Ağ Evin bəyanatları ilə bağlı məsələlərə aydınlıq gətirilməsini məsləhət görüb.

Xatırladaq ki, Ağ Ev sözçüsü Sara Sanders son açıqlamasında Vyetnamda keçirilən zirvə toplantısında Tramp -Putinin arasında rəsmi görüşün olmayacağını bildirib. O qeyd edib ki, ABŞ prezidentinin iş cədvəlinin sıx olması görüşün baş tutmasına əngəl yaradır.

Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov ABŞ tərəfindən əks bəyanatların yayıldığını bildirib. O Rusiya tərəfinin anlaşma əldə etməyə çalışmaqda davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri gec- tez bir araya gələcəklər. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31