İcra başçısının evini soydular — Almaniyada
Almaniyanın Saarland vilayətinin icra başçısı Annegret Kramp Karrenbauerin evi talan edilib. 55 yaşlı icra başçısının iki mərtəbəli həyət evinə soxulan şəxsiyyəti naməlum oğru və ya oğrular evi soyublar. Bütün otaqları ələk-vələk edən oğrular pul və zinət əşyaları aparıblar. Oğruların sənəd aparıb-aparmadıqları məlum deyil.
10 Noyabr 2017 18:09 DünyaAlmaniyanın Saarland vilayətinin icra başçısı Annegret Kramp Karrenbauerin evi talan edilib. 55 yaşlı icra başçısının iki mərtəbəli həyət evinə soxulan şəxsiyyəti naməlum oğru və ya oğrular evi soyublar. Bütün otaqları ələk-vələk edən oğrular pul və zinət əşyaları aparıblar. Oğruların sənəd aparıb-aparmadıqları məlum deyil.
Hadisə bir gün əvvəl axşam saatlarında baş verib. Soyğun vaxtı evdə heç kəs olmayıb. Saat 20:15 radələrində icra başçısının evə qayıdan oğlu hadisədən xəbər tutaraq polisə xəbər verib. Polis və prokurorluq işçiləri dəlilləri toplayıb. İstintaq başlayıb. Ölkə.az