Gündəm
YUNESKO-ya yeni baş direktor seçildi
Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib. Onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.
Bakı-Minvodı sürət qatarı istifadəyə veriləcək
Bakı ilə Minvodı (Rusiya) arasında sürət qatarının istifadəyə verilməsi planlaşdılır. Əgər bununla bağlı lahiyə qəbul olunarsa, Minvodlı ilə Bakı arasında işləyəcək sürət qatarında gömrük-keçid baxışı birbaşa vaqonlarda aparılacaq. Yeni nəqliyyatın fəaliyyət göstərməsində təkcə Rusiya tərəfi deyil, Azərbaycan da maraqlıdır.
Bakıda qadınlar əcnəbi kişinin başına oyun açdılar - Kirayə yaşadığı mənzildə...
Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb. Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub.
“Gəncənin inkişafı üçün əlimdən gələni edəcəm” - Prezident
"Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə ya
Şəhriyar Məmmədyarov: "İnanırdıq ki, ən güclü komandalara qalib gələ bilərik"
"Avropa çepionu olduğumuz üçün çox şadam". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib. "İki dəfə Avropa çempionu olmuşduq və üçüncünü də gözləyirdik. Çox çətin başladıq bu yola. İnanırdıq ki, ən güclü komandalara qalib gələ bilərik. Reytinqdə üçlüyə daxil olmaq hər zaman arzum idi".
Tətil günləri Gənc Tamaşaçılarda Gənc Tamaşaçılarda
Məktəblilərin payız tətili günlərində, Gənc Tamaşaçılar Teatrında “Tamaşaların paradı” təşkil ediləcək. Olaylar.az bildirir ki, noyabr ayının 15-dən 20-dək təşkil ediləcək layihə çərçivəsində teatr daimi tamaşaçılarına müxtəlif janrlı, rəngarəng və maraqlı mövzuları əhatə edən həm xarici həm də yerli rejissorların quruluş verdiyi tamaşaları təqdim edəcək.
500-dən çox məktəblidə qamət pozğunluğu aşkarlandı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.
12 noyabr – Konstitusiya Günü bölgələrdə
Bilik Fondu Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibəti ilə tədbirlər hazırlayıb. Olaylar.az bildirir ki, tədbirlər Fondun əməkdaşlıq etdiyi elm-təhsil ocaqlarında, rəsmi dövlət qurumlarında, o cümlədən rayon nümayəndəliklərində, Bilik Evlərində keçirilib. Bakı Biznes Universitetində dövlət bayramlarına həsr olunan görüş “Azərbaycan Respublikasının Konstitusiyası – dövlət müstəqilliyinin hüquqi əsasıdır” mövzusunda olub. Tədbiri universitetin prorektoru dosent Sabir Əmirxanov açıb. Prorektor Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Xəzər kürüsü Nyu-Yorkun ən bahalı yeməkləri siyahısına düşüb
Nyu -Yorkda bir günlük yeməyə təxminən 7000 dollar xərcləməklə hansı ləziz təamları dadmaq mümkündür? Məlumata görə, "CNBC" Nyu-Yorkda bir gün üçün yeyilə biləcək ən bahalı yeməklərin siyahısını hazırlayıb. Siyahıda tərkibində Xəzər kürüsünün də olduğu pizza da yer alıb.
Göz altındakı qaralmadan sarıköklə qurtulun - MASKA
Sarıkök sağlamlıq baxımından olduqca faydalı bir ədviyyatdır. Xərçəng xəstəliyindən dəri xəstəliklərinə qədər bir çox problemlərdə şəfa kimi istifadə olunur. Sarıkök tərkibindəki faydalı birləşmələr sayəsində hüceyrələri yeniləyir. Beləliklə, həm xərçəngin qarşısını alır, həm də yaşlanmanı gecikdirir. Sarıkökün həmçinin antioksidant və iltihab əleyhinə təsiri də var. Sağlığımıza olduqca faydalı olan bu qida göz altında meydana gələn tünd halqaları da qısa zaman içərisində yox edir.
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Müasir insanlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasının başlıca səbəbi düzgün olmayan qidalanmadır. Əksəriyyətimiz gün ərzində 2 dəfə qida qəbul edir və əsas qida qəbulu axşam saatlarına düşür. Bu, qəti şəkildə yolverilməzdir.
Ağız qoxusunu, boğaz ağrısını aradan qaldıran MÖCÜZƏVİ YAĞ
İnsan sağlamlığı üçün lazım olan bütün dərmanlar təbiətdə var. Sadəcə olaraq onu bilmək və doğru şəkildə istifadə etmək lazımdır. Çaytikanı yağının saymaqla bitməyən faydaları barədə məlumat veririk.
Maliyyə sektorunda kibercinayətlərin sayında artım müşahidə olunur
Avropa İttifaqının “Europol” polis təşkilatının rəhbəri Rob Ueynrayt maliyyə sahəsində kibercinayətlərin sayının artmasını bəyan edib. Onun sözlərinə görə, hər gün fırıldaqçı proqram təminatından istifadə edilməklə təxminən 4 min hücum həyata keçirilir, haker qruplaşmalarının texnoloji potensialı isə mühüm infrastruktur üçün təhlükə törətməyə başlayıb.
Dünyanın “ağıllı” şəhərləri reytinqi açıqlanıb
İsveçin “Easypark” informasiya texnologiyaları şirkəti dünyanın 500 şəhəri arasında tədqiqat apararaq texnoloji baxımdan inkişaf etmiş 100 şəhəri müəyyənləşdirib. Reytinqə görə, birinci yeri Kopenhagen şəhəri tutub.
“Samsung Galaxy S9” smartfonunun seriyalı istehsalına nə vaxt başlanacaq?
“Samsung Electronics” şirkətinin yeni qabaqcıl “Galaxy S9” smartfon modelinin seriyalı istehsalına başlama müddəti açıqlanıb. Sahə üzrə mənbələrə istinad edən “The Investor” nəşrinin məlumatına görə, “Samsung” şirkəti “Galaxy S9” smartfonunun kütləvi istehsalına 2017-ci ilin dekabrında başlayacaq. Bu isə o deməkdir ki, yeni qurğu əvvəlki modellər kimi, növbəti ilin əvvəlində təqdim oluna bilər.














