Gündəm

İŞİD bu ölkəyə 100 milyard dollar zərər vurub

11 Noyabr 2017 16:14

İraq İŞİD terror qruplaşmasına qarşı müharibədə ən azı 100 milyard dollar itirib. Bu haqda İraqın baş naziri Heydər əl-İbadi jurnalistlərə bildirib. Baş nazir əlavə edib ki, terrorizm ideoloji problem olaraq qalır.

Telman İsmayılov barədə həbs qərarı verildi: 2 nəfərin olümündə təqsirləndirilir - YENİLƏNİB

11 Noyabr 2017 13:24

Məhkəmə Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun həbsi barədə qiyabı qərar çıxarıb. O, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib. Telman İsmayılovun vəkilinin bildirdiyinə görə, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya verilib.

Bu şəxslərin pensiyaları azaldılacaq - QANUN LAYİHƏSİ

11 Noyabr 2017 13:18

ABŞ Konqresində sabiq prezidentlərə ödənilən pensiyaların ölçüsünün ildə 200 min dollara qədər məhdudlaşdırılması təklif edilib. Bu haqda “Washington Examiner” nəşri bildirib. Təşəbbüs yalnız pensiya ödəmələrinə toxunmur. Qanun layihəsinin təşəbbüskarı, respublikaçı Codi Xays həmçinin onların ofisləri və əməkdaşlarının maaşları üçün ayılan pulun tədricən azaldılmasını təklif edib.

"ASAN xidmət" ilə ISESCO arasında anlaşma memorandumu imzalandı

11 Noyabr 2017 13:13

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir. Olaylar.az bildirir ki, səfər çərçivəsində  Dövlət Agentliyinin sədri İnam Kərimov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının  baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

“Öyrənməyi öyrənmək” adlı Beynəlxalq Təlim Konfransı öz işinə başlayacaq.

11 Noyabr 2017 13:06

16-17 noyabr tarixlərində “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı öz işinə başlayacaq. Konfransdan sonra, noyabrın 18-də “Master klass” seminarları keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təçkilatçılığı ilə baş tutacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən tədris binasında keçiriləcək.

Sevinc-Sevil bacılarının əməliyyatsız FOTOSU yayıldı

11 Noyabr 2017 13:03

Sevil və Sevinc bacıları sosial şəbəkə ünvanında arxiv fotosunu paylaşıb. Əkizlər şəklin 19 il əvvəl çəkildiyini söyləyərək fotoya belə şərh yazıblar:  “Zaman çox tez gedir, geridə qalan illəri geri qaytarmaq mümkün deyil.

Avropada insanları radiodan İŞİD-ə qoşulmağa çağırdılar

11 Noyabr 2017 13:01

İsveçin “Mix Megapol” radiostansiyasının efiri yarım saat ərzində İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən ələ keçirilib. Minlərlə isveçli İŞİD-in sıralarına daxil olmağa çağıran təbliğatçılıq mahnısını dinləyib. Məlumata görə, “The Sake Of Allah” mahnısı yarım saat ərzində efirdə olub və on dəfə təkrarlanıb.

Azərbaycanda profilaktika vaxtı da efirlər boş qalmayacaq – YENİLİK

11 Noyabr 2017 12:58

“2018-ci ilin 1-ci yarısında Bakıda Alternativ Teleqüllə istifadəyə veriləcək” . Bunu Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə,  bu ilin sonuna kimi tikinti işlərinin başa vurulması nəzərdə tutulub:

Bakıda GÜCLÜ YANĞIN: polis mayoru xəstəxanaya YERLƏŞDİRİLDİ - YENİLƏNDİ

11 Noyabr 2017 12:56

DİN Bakıda baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb. Noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Arvadını qumarda uduzdu, həmin şəxsi öldürdü

11 Noyabr 2017 12:53

Həbsxanadan azad olmuş kişi əvvəlcə arvadın məşuqunu döydü, sonra onu meşə zolağına çıxartdı. Odessa vilayətində polis arvadını qumarda uduzan kişini, uduzduğu adamı öldürdüyünə görə həbs edib.

İpoteka kreditləri ilə bağlı – YENİ QAYDALAR

11 Noyabr 2017 12:51

Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib. Bu qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən təmirli yaşayış sahələrinin alınmasına ayrılması zamanı yaşayış sahəsinin 1  kvadratmetri üçün ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.

"Aldığım təqaüd müalicələrə gedir, gündə bir dəfə yemək yeyirəm..." -  3 xəstəlikdən əziyyət çəkən Xalq artisti

11 Noyabr 2017 12:49

Dərmana pul catdıra bilməyən Rasim Balayev: “Allaha yalvarıram ki…” Xalq artisti, sevilən aktyor Rasim Balayevin  müsahibəsini təqdim edirik: – Çoxdandır görünmürsünüz, haralardasınız? – Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə trramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı səmimiyyəti, hörməti yox olub gedir.

Antiazərbaycan mövqeli deputat Avstraliya parlamentini tərk etdi

11 Noyabr 2017 12:45

Avstraliyanın baş naziri Con Törnbullun hökumətinin deputatı Con Aleksandr istefa verib. Bu barədə Trend Avstraliyanın “news.com.au” saytına istinadən məlumat yayıb.

Türkiyə ordusunu Ermənistan sərhədinə yeridir: İrəvanda çaxnaşma və MOSKVAYA ZƏNG

11 Noyabr 2017 12:43

Ötən əsrin 90-cı illərinin ortalarında Qarabağda atəşkəsin əldə edilməsinin ardınca Rusiyanın Ermənistana gizlicə 1 milyard dollarlıq silah-texnika ötürdüyü dövrlərdə baş vermiş hadisə o dövrün siyasi proseslərini izləyənlərin yəqin ki, yaxşı xatirindədir. 90-cı illərin ortalarında Türkiyədə baş nazir Tansu Çillərin dövründə (prezident Süleyman Dəmirəl idi) 3-ci ordu komandanlığı ölkənin şərq sərhədləri boyu irimiqyaslı hərbi təlimlər keçirmişdi və bu təlimlər zamanı türk ordusunun tank diviziyası Ermənistan sərhədlərinə doğru yeridilmişdi. Türkiyənin Ermənistana bu güc nümayişi İrəvanda ciddi çaxnaşmaya səbəb olmuşdu.

Azərbaycanlı “Stalin” Rusiyanı təəccübləndirdi 

10 Noyabr 2017 20:18

Rusiyanın ОРТ telekanalında gedən 8 serialı “Trotski” bədii filmi böyük ajiotaja səbəb olub. Sevindirici haldır ki, reytinqlərdə ən yüksək yerlərdə qərarlaşan filmin qəhrəmanlardan birini əslən azərbaycanlı olan aktyor Orxan Xanlaroğlu Abulov oynayır.