Gündəm
Rusiyada mənzildə yanğın nəticəsində 7 nəfər xəsarət aldı
Rusiyanın Anadır şəhərində, mənzillərin birində güclü yanğın baş verib. Bu haqda Rusiyanın İK istintaq idarəsinin mətbuat xidməti xəbər verib. Yanğın nəticəsində mənzildə olan 7 nəfər xəsarət alıb. Onların arasında 1 qadın və 2 uşaq var. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Tramp Kim Çen Inla dost olmaq istəyir
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib. D.Tramp bu barədə “Twitter” hesabında yazıb.
“Apple”-dən Ayfon etirafı - SOYUQDA İŞLƏMİR
“Apple” şirkəti Ayfon X-lə bağlı etiraf edib. Şirkət etirafında soyuq havalarda istifadəçinin barmaq izlərinə reaksiya vermədiyini qəbul edib. Artıq sifarişçilərdən ilk etirazlar gəlib. Belə ki, sıfır dərəcə soyuqda açıq havada Ayfon X-ın 2 saniyə barmaq izinə reaksiya vermədiyini bildirilir. Şirkət bununla bağlı araşdırma apardıqlarını bildirib.
Taksiyə mindi, 18 min avro borcla düşdü
Avstraliyada taksi sürücüsü qəribə iddia ilə gündəmə gəlib. Almaniya mediasında yayımlanan xəbərə görə sürücünün dedikləri hər kəsi təəccübləndirilib. Belə ki, Vyanadan olan 47 yaşlı taksi sürücüsü oktyabr ayının əvvəlində Monakoda bir müştərinin onu Fransanın Nitsa şəhərinə aparmasını istəyib. Oradan Belçikanın paytaxtı Brüsselə getmək istəyib. Daha sonra isə müştəri Londona getmək istədiyini deyib, oradan Slovakiyanın Jilina şəhərinə gediblər. Oradan isə Almaniyanın şimalındakı Reyn Vestfaliya əyalətində Bad Münstereifel şəhərinə gediblər.
34 həbsxanada qiyam
Braziliyanın yeddi bölgəsində yerləşən 34 həbsxanasında son 2 gün ərzində qiyam başlayıb. Bir çox həbsxanada qiyamı yatırtmaq mümkün olub. Ən ciddi qiyam Parana ştatında olan həbsxanada baş verib. Burada qiyamın qarşısı alınarkən 2 məhbus həlak olub.
İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlandı
İraq hərbçiləri Kərkükdə ABŞ-ın keçmiş hərbi bazasının yerləşdiyi yerdə İŞİD terror qruplaşmasınn qurbanlarının kütləvi məzarlığını aşkar ediblər.
Məşhurların şəxsi təyyarələri - FOTOLAR
Şəxsi təyyarələr müvəffəqiyyətin elitar səviyyəsi hesab olunur. Bəli, özəl təyyarən varsa, bu, nəticə etibarı ilə sərvətin simvoludur. Etiraf edək ki, hamımız şəxsi təyyarəmizin olmasını arzulayırıq. Və istəyirik ki, səmada süzəndən sonra hansısa mənzərəli adaya gedək, orada istirahət edək. Təbii ki, maliyyə cəhətdən elə də zəngin olmayan bizlərin arzu etdikləri bəziləri üçün əlçatandır. Onlar üçün dəbdəbəli şəxsi təyyarələrdə uçmaq adi bir şeydir – söhbət dünyada tanınmış və çox qazanan insanlardan gedir.
Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyi
Beynəxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, ilk olaraq Mərkəzin foyesində Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu.
Ölkənin Ana Qanununun qəbulundan 22 il keçir
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 22 il keçir. Hər il 12 noyabr tarixi Azərbaycanda Konstutusiya Günü kimi qeyd edilir. 1995-ci ildə qəbul edilən ölkə konstitusiyasına ötən illər ərzində müasir dövrün, günün tələblərinə uyğun olaraq bir sıra dəyişiklik və əlavələr edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyir ki, Konstitusiya hər bir cəmiyyətin hansı idarəçilik formasını, insan hüquq və azadlıqlarına yanaşmasını, dövlətin müxtəlif sahələrdə, iqtisadi və sosial inkişafda, beynəlxalq münasibətlərdə rəhbər tutduğu başlanğıc prinsipləri bəyan etdiyi ana qanundur. Onun sözlərinə görə, hər bir dövlətin konstitusiyası onun milli məqsədlərini müəyyən edir, onları əks etdirir: “Bir qayda olaraq, konstitusiyaların məqsədləri, məramları qısa olaraq onların preambulalarında öz əksini tapır.
Aprel şəhidi Nicat İsgəndərov haqqında film çəkildi
Şəhid Nicat İsgəndərov haqda film çəkilib. 2016-cı ilin aprelində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun Lələtəpə yüksəkliyini erməni işğalçılarından azad etməsi üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı şəhid olan Nicat Bəhruz oğlu İsgəndərov haqda sənədli film işıq üzü görüb. “Şəhidliyə aparan arzu” adlanan filmdə Nicat İsgəndərovun doğmalarının, müəllimlərinin və silahdaşlarının qəhrəman hərbiçi haqda fikirləri, həmçinin həlak olmamışdan əvvəl yaxınlarına və dostlarına göndərdiyi səsli mesajlar yer alır. Sənədli film Ağdam rayonunda yeni yaradılmış “T.Z Media” qrupu tərəfindən hazırlanıb. Layihənin rəhbəri jurnaslist Teymur Zahidoğlu, müəllifi, “Cümhuriyət” qəzetinin Qarabağ üzrə əməkdaşı Elgün Gəncimsoy, operatorları Ziya İsmayıloğlu, Səxavət Əsədov və Ziyəddin Tağızadə, montajçı isə Nuranə Vəliyevadır. Filmdə Azərbaycan Aşıq havalarından “Ruhani” və Türk dünyasının sevimlisi olan Əhmət Şəfəqin “Məmləkət məsələsi” mahnılarından istifadə olunub. Filmin informasiya dəstəyi Sahil TV internet televiziyasıdır.
Bələdiyyə sədrləri ayağa qalxdı - Cümə namazları ləğv edilsin - Azan himnlə əvəzləndi
Fransada bələdiyyə sədrləri küçədə namaz qılmağın dünyəviliyə zidd olduğunu irəli sürərək müsəlmanların Cümə namazını qılmasını əngəlləməyə çalışıb. Namaz qılanları yayındırmaq üçün də namaz ərəfəsindən Fransanın milli himnini oxunub. Parisin şəhərətrafı Clichy bölgəsindəki məscidin mart ayında bir bağlandığına görə məscidin camaatı təxminən 8 aydır ki, hər cümə günü bələdiyyə binası qarşısında namaz qılmağa başlayıb. Camaata reaksiya göstərən Clichy Bələdiyyəsinin sədri Remi Muzeau Parisdəki digər bələdiyyə sədrləri ilə birlikdə hüquqi dövlətin Respublikaçı Dünyəviliyini qorumaq məqsədi ilə namaz qılanlara etiraz etdiklərini bildiriblər. Çox sayda vətəndaşın da iştirak etdiyi etiraz aksiyasında “Fransa dünyəvidir” şüarları atılarkən milli marşlar da oxunub.
Xəzərdə iki balıqçı itkin düşüb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün səhər saatlarında Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar. Bu barədə məlumat FHN-nin rəsmi saytında yerləşdirilib. Yaxınlarının verdiyi məlumata əsasən, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılıb.
Külli miqdarda brilyantın ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı
Brilyant qaşları qanunsuz yolla ölkə ərazisinə gətirmək cəhdi baş tutmayıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Cəfər Namiq Kamaldan "Qonaqlıq"
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti Cəfər Namiq Kamalın quruluş verdiyi tamaşanın premyerası olub. Olaylar.az bildirir ki, “Qonaqlıq” adlanan musiqili komediyanın müəllifi Əhməd Orucoğludur. Tamaşada Cəfər Namiq Kamal, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova müxtəlif həyat tərzi yaşayan insanları canlandırıblar.
Bu sürücülər bazar ertəsindən cərimə ediləcək — Bir gün vaxt qaldı
Nömrəsində defis olan avtomobilin sürücüsü 50 manat cərimə olunacaq. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə verdiyi bir ay vaxt noyabrın 12-də başa çatır. Söhbət avtomobolin dövlət nömrə nişanında defis işarəsinin olmamasına görə cərimələrin tətbiq edilməsindən gedir. Noyabrın 13-dən etibarən yol polisi nömrədə defis olmayan avtomobil sürücülərini cərimə edəcək.














