Tramp Kim Çen Inla dost olmaq istəyir
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib. D.Tramp bu barədə “Twitter” hesabında yazıb.
12 Noyabr 2017 10:30 DünyaABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib. D.Tramp bu barədə "Twitter" hesabında yazıb.
"Nə üçün Kim Çen In məni "qoca" adlandıraraq, təhqir etməyə çalışır? Amma mən ona heç vaxt "balaca və koppuş" deməzdim. Çünki mən onun dostu olmağa çalışıram və ümid edirəm ki, buna nə vaxtsa nail olacam", - deyə Tramp bildirib. A24.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31