“Öyrənməyi öyrənmək” adlı Beynəlxalq Təlim Konfransı öz işinə başlayacaq.
16-17 noyabr tarixlərində “Öyrənməyi öyrənmək” adlı 2-ci Beynəlxalq Təlim Konfransı öz işinə başlayacaq. Konfransdan sonra, noyabrın 18-də “Master klass” seminarları keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təçkilatçılığı ilə baş tutacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən tədris binasında keçiriləcək.
11 Noyabr 2017 13:06 Sosial16-17 noyabr tarixlərində "Öyrənməyi öyrənmək" adlı 2-ci Beynəlxalq Təlim Konfransı öz işinə başlayacaq. Konfransdan sonra, noyabrın 18-də "Master klass" seminarları keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təçkilatçılığı ilə baş tutacaq. Konfrans Avropa Azərbaycan Məktəbinin Badamdarda yerləşən tədris binasında keçiriləcək.
Bu ilki konfrans "Öyrənməyi öyrənmək" mövzusuna həsr olunacaq. Təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçiriləcək konfrans müddətində iştirakçılar bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin rolu təhlil olunacaqdır.
Konfransda üç tanınmış beynəlxalq məruzəçi - Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edəcək.
Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.
Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaqdır.
Konfransda iştirak etmək arzusunda olan təhsil işçiləri www.azteachers.az saytında konfrans keçidinə daxil olub qeydiyyatdan keçə bilərlər.