12 noyabr – Konstitusiya Günü bölgələrdə
Bilik Fondu Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibəti ilə tədbirlər hazırlayıb. Olaylar.az bildirir ki, tədbirlər Fondun əməkdaşlıq etdiyi elm-təhsil ocaqlarında, rəsmi dövlət qurumlarında, o cümlədən rayon nümayəndəliklərində, Bilik Evlərində keçirilib. Bakı Biznes Universitetində dövlət bayramlarına həsr olunan görüş “Azərbaycan Respublikasının Konstitusiyası – dövlət müstəqilliyinin hüquqi əsasıdır” mövzusunda olub. Tədbiri universitetin prorektoru dosent Sabir Əmirxanov açıb. Prorektor Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
10 Noyabr 2017 19:57 SosialBilik Fondu Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə tədbirlər hazırlayıb. Olaylar.az bildirir ki, tədbirlər Fondun əməkdaşlıq etdiyi elm-təhsil ocaqlarında, rəsmi dövlət qurumlarında, o cümlədən rayon nümayəndəliklərində, Bilik Evlərində keçirilib.
Bakı Biznes Universitetində dövlət bayramlarına həsr olunan görüş "Azərbaycan Respublikasının Konstitusiyası - dövlət müstəqilliyinin hüquqi əsasıdır" mövzusunda olub. Tədbiri universitetin prorektoru dosent Sabir Əmirxanov açıb. Prorektor Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Vüsal Hüseynov "Azərbaycan Respublikasının Konstitusiyası - dövlət müstəqilliyinin hüquqi əsasıdır" mövzusunda mühazirə söyləyib.
Növbəti tədbir Azərbaycan Universitetində gerçəkləşib. Tədbiri Bilik Fondunun Ölkədaxili layihələr sektorunun əməkdaşı, dosent Elnarə Əliyeva açaraq, Fondun layihələri barədə məlumat verib. Görüşdə Fondun Lektorlar qrupunun üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov mühazirə söyləyib.
Gədəbəy məktəbliləri də Dövlət bayrağı və Konstitusiyanın dövlətin təşəkkül tapmasında, cəmiyyətin inkişafında daşıdığı önəmli rolun mahiyyətini bir daha aydınlığı ilə öyrənmək imkanı qazanıblar. N.Gəncəvi adına Kiçik Qaramurad kənd tam orta məktəbində müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirilib. Fondun nümayəndəsi, məktəbin direktoru E. Hüseynov, direktor müavini F.Cabbarov, ədəbiyyat müəllimi T.Musayev iştirakçılara Dövlət bayrağı haqqında ətraflı bilgilər veriblər.
Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Əhməd Cavad adına tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə olub. Zaqatala rayonu Akademik Zərifə Əliyeva adına liseydə də eyni məzmunlu tədbir keçirilib, şagirdlərin hər iki günə həsr olunan çıxışları dinlənilib.
Fondun Şamaxı rayon nümayəndəliyi Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Dəmirçi kənd tam orta məktəbində "Bayrağımız qürurumuzdur" adlı tədbir keçirib.
Astara Bilik Evində olan görüşdə İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova çıxış edərək, üçrəngli bayrağımızın tarixindən ətraflı söhbət açıb.
Oğuz Bilik Evində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Yusif Naxçıvanski, Etibar Yusifov, Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov və Oğuz Bilik Evinin kollektivi iştirak ediblər.
İsmayıllı Regional Bilik Evinin təşkilatçılığı, rayon Uşaq Kitabxanasında və İsmayıllı Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə "12 noyabr Konstitusiya Günüdür" mövzusunda tədbir keçirilib.