Çində iki min illik hamam tapıldı
Çində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrdən qalma hamam tapılıb. Dördbucaqlı formda olan hamamların divarları və bünövrəsi kərpicdən inşa edilib. Xarab olmadan bu günə qədər qalan 3 hamam Qin dövlətinin paytaxtı Yüeyanqda tapılıb.
10 Noyabr 2017 18:19 DünyaÇində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrdən qalma hamam tapılıb. Dördbucaqlı formda olan hamamların divarları və bünövrəsi kərpicdən inşa edilib. Xarab olmadan bu günə qədər qalan 3 hamam Qin dövlətinin paytaxtı Yüeyanqda tapılıb.
"China Daily" qəzetinin xəbərinə əsasən, hamam kompleksləri Şaansi vilayətinin Şian şəhərindəki Yüeyanq şəhərində tapılıb. Yüeyanq, Savaşan Dövlətlər dövründə (eramızdan əvvəl 475-221) mövcud olan Qin dövlətinin paytaxtı olub.
Antik dövrün hamam və drenaj sistemləri günümüzə qədər xarab olmadan gəlib çatıb. Çin Elmlər Akademiyasının Arxeologiya İnstitutunun mütəxəssisi Liu Rui hamamların Qin kral ailəsinə məxsus olduğunu təxmin edir. Ölkə.az