“Türkiyə və Rusiyanın birgə hərəkət etməsi münaqişənin həllinə təsir edə bilər”

“Rusiya və Türkiyə prezidentlərinin 13 noyabrda baş tutacaq görüşündə Suriya və İraq, YPG və PYD məsələsi, iqtisadi münasibətlərin danışıqlar mövzusu olmasını gözləyirəm”.

"Rusiya və Türkiyə prezidentlərinin 13 noyabrda baş tutacaq görüşündə Suriya və İraq, YPG və PYD məsələsi, iqtisadi münasibətlərin danışıqlar mövzusu olmasını gözləyirəm".

Bu fikri  Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin analitiki Çağatay Balcı deyib. O qeyd edib ki, Türkiyə və Rusiyanın bir çox siyasi məsələlərdə birgə hərəkət etməsi irəliləyən zamanlarda Dağlıq Qarabağ münaqişəsinin də həllinə təsir edə bilər.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edərək həmkarı Vladimir Putinlə görüşəcək. Ərdoğan türkiyəli jurnalistlərə açıqlamasında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi onların görüşündə müzakirə mövzularından biri olacaq.  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31