Səudiyyədəki həbslərin sensasion – Səbəbi

Səudiyyə Ərəbistanında baş verən son hadisələr zahirən ölkədaxili dəyişiklik təəssüratı bağışlasa da, əsl həqiqət başqadır. Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.

Səudiyyə Ərəbistanında baş verən son hadisələr zahirən ölkədaxili dəyişiklik təəssüratı bağışlasa da, əsl həqiqət başqadır. Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, Səudiyyədə baş verənlərə ölkə xaricində və Yaxın Şərqdə cərəyan edən hadisələrin də birbaşa təsiri var: "Ər-Riyad hesab edir ki, İran və Hizbullah Suriyada fəallığına son verməlidir. Bundan başqa, Səudiyyənin Qətərə sanksiyalar tətbiq etməsi və İranla münasibətlərinin kəskinləşməsi də bu prosesdə öz sözünü deyir. Eyni zamanda, daxildə də vahid mövqe yoxdur. Görünür, korrupsiya adı ilə aprılan kadr dəyişikliyi birbaşa həbs olunan insanların hazırkı siyasətdən narazılığı ilə bağlıdır. Səudiyyə Ərəbistanı totalitar bir dövlətdir, monarxiyadır, sülalə hakimiyyəti əsasında idarə olunur. Bu baxımdan da ölkədə bu dərəcədə korrupsiya özbaşınalığının baş verməsi inandırıcı deyil. Hesab edirəm ki, Səudiyyədəki kütləvi həbslərin arxasında dayanan ən mühüm səbəblərdən biri məhz daxildə kadr təmizlənməsi siyasətinin aparılmasıdır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son günlər 200-dən yüksəkçinli məmurun həbs edildiyi bildirilir. Həbs edilənlər arasında şahzadələr də var.  Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31