Azərbaycan İtaliya iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır. Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir.
10 Noyabr 2017 16:27 SosialAzərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır. Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir. ASK-dən "OLAYLAR"-a bildirilib ki, İtaliya Respublikasının ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə bu və digər məsələlər müzakirə olunub.
Görüş zamanı iş adamları arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, hər iki ölkədə sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi də məqsədəuyğun hesab edilib.