Azərbaycan-İtaliya iqtisadi əlaqələri inkişaf edir

İtaliya Respublikasının ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüüb. İqtisadiyyat Nazirliyindən “Olaular”a bildirilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Məmməd Musayev Azərbaycan –İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açmışdır.

İtaliya Respublikasının ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüüb. İqtisadiyyat Nazirliyindən "Olaular"a bildirilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Məmməd Musayev Azərbaycan -İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açmışdır. O, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu qarşılıqlı səfərlərin önəmli olduğunu xüsusi vurğulamışdır. ASK-nın prezidenti qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühit yaradılmış və həm yerli, həm də xarici investorlar tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə əsaslı investisiya qoyuluşu həyata keçirilmişdir. İtaliya şirkətləri də Azərbaycana investisiya qoyaraq bazarda rəqabətqabiliyyətli və uğurlu biznes layihələr icra edə bilərlər. Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən Səfir A.Massari Azərbaycanda investisiya yatırmaqda maraqlı olan İtalyan şirkətlərinin olduğunu qeyd etmişdir. O, İtaliya-Azərbaycan Ticarət Palatasının fəaliyyətindən səmərəli istifadə olunmasını da məqsədəuyğun hesab etmişdir. İtaliyada güclü inkişaf etmiş sənayenin olduğunu qeyd edən diplomat, italyan iş adamlarının Azərbaycanda, məsələn, polad istehsalında iştiraka maraqlı olduqlarını bildirmişdir.
Səfir A.Massari görüş zamanı qeyd etmişdir ki, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar vardır. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti müddətində iki ölkə arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dilə gətirmişdir. Bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirliyin əlaqələrinin daha da sıxlaşdırılmasını məqsədəuyğun hesab etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31