Ermənistan işğal olunan ərazilərdə mədəni və fiziki dəyişikliklər aparır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir sıra beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlərin maraqlarına uyğun olmaması zaman-zaman özünü büruzə verməkdədir. Çox təəssüf ki, məlum mövqeyi sərgiləyənlər sırasında sözügedən münaqişənin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olan dövlətlər də var.

Azərbaycan Minsk qrupundan əməli addımların atılmasını gözləyir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir sıra beynəlxalq təşkilatlar, eləcə də aparıcı dövlətlərin maraqlarına uyğun olmaması zaman-zaman özünü büruzə verməkdədir. Çox təəssüf ki, məlum mövqeyi sərgiləyənlər sırasında sözügedən münaqişənin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olan dövlətlər də var. Çox təzadlı bir məqam yaranıb ki, üç həmsədr ölkədən hansısa münaqişənin həlli ilə bağlı fəallıq nümayiş etdirisə, digərləri dərhal əks mövqe ilə hücuma keçərək parosesə pozmağa çalışır. Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar və beynəlxalq təşkilatların, həmsədr ölkələrin məsələyə münasibəti belə deməyə əsas verir. Yeri gəlmişkən qeyd edək ki, siyasi analitiklər Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü Dağlıq Qarabağ tənzimlənməsində tam yeni mərhələ olduğu qənaətinə gəldilər. Buna əsas kimi uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başünün baş tutması göstırildi. Bu isə o demək idi ki, Ermənistanın müxtəlif bəhanələr gətirərək şərt irəli sürməsi, imitasiyaları bu görüşə maneçilik edə bilmədi. Onu da xatırladaq ki, prezidentlərin görüşü həmsədrlərin iştirakı ilə reallaşdı. Hətta həmsədrlərin bu görüş barədə bəyanat da yaymalı oldular. Məlum bəyənatdan sonra verilən izahatlar ondan ibarət oldu ki, 5 rayon və Laçının bir qismi Azərbaycana qaytarılır. Həmsədrlərin ssenarisinə görə Cenevrə görüşü bu mövzuda tərəflər arasında etimad formalaşdırır. İlin sonunadək baş tutmalı olan növbəti görüşdə isə sənəd imzalanır. Lakin Ermənistan prezidenti Serj Sərkisyanın vədinə xilaf çıxaraq bəyan etdiyi "Dağlıq Qarabağ Azərbaycandan kənar olmalıdır" tezisi prosesin ləngiməsinə səbəb oldu.
Məsələ orasındadır ki, həmsdr ölkələr ənənələrinə sadiq qalaraq işlərini elə bəyənat yaymaqla bitmiş hesab etdilər. Buna bxmayaraq, prezidentlərin görüşü bir daha göstərdi ki, danışıqlar prosesinin intensivliyi təmas xəttində gərginliyin azalmasından daha öndədir. Çünki, danışıqlar prosesinin intensivliyi substantivliyi zəruri edir. Bu isə o anlama gəlir ki, həmsədrlər üçün bundan sonra əsas məsələ əsas məsələ Azərbaycanın cari marağında olan məsələ ilə Ermənistanın təkidli mövqeyini uzlaşdırmaqdan ibarət olmalı idi. Yalnız bu halda mövcud status-kvonu dəyişmək mümkün olardı. Minns qrupunun həmsədrləri çox gözəl anlayırlar ki, S.Sərkisyanın danışıqlardan sonra verdiyi açıqlama onun əvvəlki açıqlamalarından kəskin sürətdə fərqlənir. Təkcə S.Sərkisyanın Dağlıq Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlərin dinamikasının müqayisəli təhlili bunu sübut edir. Çox güman ki, bir müddətdən sonra S.Sərkisyan "Dağlıq Qarabağ Azərbaycandan kənar olmalıdır" tezisini də dəyişəcək. Çünki Ermənistan prezidenti Dağlıq Qarabağ mövzusunda səsləndirdiyi çoxsaylı, mütəmadi yalanlarının girovuna çevrilib. Minsk qrupunun həmsədrləri isə bu məqamdan istifadə edib Ermənistana təzyiq siyasətini işə sala bilərdi. Lakin erməni təəssübkeşliyi hələ də öz sözünü deməkdədir. Məsələ orsındadır ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistanın qeyri-konstruktiv mövqeyi, Minsk qrupu həmsədrlərinin məsələyə loyal münasibəti barədə məsələ qaldırsa da prosesi dayaq nöqtəsindən tərpətmək mümkün olmayıb. Yeri gəlmişkən xatırladaq ki, ölkəmizin ATƏT-dəki nümayəndə heyəti məsələni yenidən qurumun tribunasından qabartmalı olublar. ATƏT-in Daimi şurasının 1163-ci iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyan edilb ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına məqsədi ilə əməli addımların atılmasını gözləyir. Azərbaycan nümayəndə heyəti təsdiqləyib ki, ölkəmiz həmsədrlərin əsas danışıqların fəallaşmasına istiqamətlənmiş, konkret nəticələrin əldə olunmasına yönələn səylərini dəstəkləyir: "Azərbaycan və Ermənistan prezidentlərinin, 2017-ci il oktyabrın 16-də Cenevrədə keçirilən yüksək səviyyədə görüşü düzgün istiqamətdə atılan addımdır. Görüş sübut etdi ki, mövzu danışıqlarının bərpası üçün ön şərtlərin qoyulması cəhdləri uğursuzluğa məhkumdur. Biz ümumilikdə görüşü və onun nəticələrini müsbət qiymətləndiririk ki, bu da birgə bəyanatda öz əksini tapıb. Biz həmsədrlərin danışıqların sürətləndirilməsi məqsədi ilə əməli addımlar atmasını gözləyirik" . Daha sonra Azərbaycan nümayəndə heyəti bildirib ki, İrəvanın Azərbaycanın işğal olunan ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər aparan qanunsuz praktikası onun işğalçı mahiyyətini, baş vermiş faktın zorla qəbul etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş sistemli siyasətini nümayiş etdirir: "Ermənistan tərəfindən atılan bu cür addımlar, o cümlədən təmas xətti boyunca baş verən silahlı təxribatlar sülh səylərinə zərbə vurur və ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən hərtərəfli müzakirə olunmalıdır". Azərbaycan nümayəndə heyəti həmçinin ATƏT-ə üzvü olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə, harada olmasından asılı olmayaraq onların fiziki və hüquqi şəxslərin ləğvi və digər qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə insan haqlarının əks olunduğu sənədlərə əməl etməyə çağırıb. Azərbaycan nümayəndə heyəti xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları və Helsinki Yekun aktının prinsipləri münaqişənin həlli üçün əsasdır. Bəyan ediblib ki, əgər Ermənistan münaqişənin siyasi həllinin tapılmasında səmimi olaraq maraqlıdırsa, onda gərək bu dəqiq müddəalar əsasında münaqişənin həlli prosesində konstruktiv iştirak etsin. Nümayəndə heyəti qeyd edib ki, münaqişənin mərhələli nizamlanması yanaşmasının alternativi yoxdur və sülhə nail olmaq üçün ən yaxşı şans olaraq qalır. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib - xüsusən, ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanılır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasıni təşkil edir. İndı sıra az qala dünyaya demokratiya dərsi verməyə çalışan beynəlxalq təşkilatlar və Minsk qrupu üzvlərinidir. Əgər dövlət maraqları kənara qoylaraq ortaya ədalətli mövqe qoyulsa, Dağlıq Qarabağ probleminin tez bir zamanda həllinin şahidi olarıq.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31