Rusiyada hərbi poliqonda partlayış olub, zabit və əsgər ölüb, xeyli hərbçi yaralanıb

Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb. Məlumata görə, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.

Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb. Məlumata görə, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb. Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31