Qazax və Ağstafada 5 yol yenidən qurulub
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.
10 Noyabr 2017 14:37 SosialVətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən Qazax rayonunda 2, Ağstafa rayonunda isə 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. "Azəravtoyol"-dan "OLAYLAR"-a bildirilib ki, bütün 5 avtomobil yolu yerli əhəmiyyətlidir və 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Yolların hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihə çərçivəsində yollar boyu yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. "Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında Qazax rayonunda Qazax-Düzqışlaq yolunun Hüseynbəyli hissəsinin və Kommuna yolunun, Ağstafa rayonunda isə Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan, Vurğun-Köhnəqışlaq və Soyuqbulaq-Tinglik yollarının yenidən qurulması ilə 17 yaşayış məntəqəsinin 30 minə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması isə asanlaşıb.