Azərbaycanın gəlir mənbələrinin içərisində RTQ-nın xüsusi yeri var

“Bakı-Tbilisi-Qars (BTQ) regional layihədir. Bu layihənin reallaşması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Praktiki olaraq Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində BTQ dəmir yolu xəttinin reallaşması mümkün oldu”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

"Bakı-Tbilisi-Qars (BTQ) regional layihədir. Bu layihənin reallaşması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Praktiki olaraq Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində BTQ dəmir yolu xəttinin reallaşması mümkün oldu". Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ideya gündəmə gələn zaman xeyli sayda ölkələr, hətta beynəlxalq təşkilatların bir qismi belə bu xəttin reallaşmasına qarşı idilər: "ABŞ, Fransa kimi ölkələr öz "Eksimbank"larına əgər xətt Ermənistan ərazisindən keçməzsə onun maliyyələşdirilməsinin qadağan edilməsi ilə bağlı xəbərdarlıq, qərar çıxardılar. Bu baxımdan layihənin reallaşması heç də asan olmadı. Digər tərəfdən xəttin əsas hissələrindən birinin keçdiyi Gürcüstanın da maliyyə resurslarına, maliyyə dəstəyinə ehtiyacı var idi. Azərbaycan Gürcüstanın maliyyə öhdəliklərini demək olar ki, faizsiz kredit hesabına həll etdi. Beləcə Azərbaycan region üçün əhəmiyyətli olan layihənin reallaşmasına nail ola bildi". Bəs bu xətt bizə nə verəcək? Ekspert bildirib ki, bu xətt Azərbaycanın tranzit ölkə olaraq beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artırılması baxımından vacibdir: "Çünki beynəlxalq yükdaşımalar post-neft dövründə əsas gəlir mənbələrindən biri kimi çıxış etməsi hədəfdir, prioritetdir. Məqsəd ondan ibarətdir ki, gəlir mənbələri şaxələnsin. Bu gəlir mənbələrinin içərisində beynəxalq yükdaşımaların xüsusi yeri var. Təbii ki, bunun da artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir. Qeyd etmək istərdim ki, 2016-cı ildə Azərbaycan ərazisindən daşınan beynəlxalq yükdaşımalarla ifadə olunan qeyri-neft məhsullarının daşınmasından ölkənin əldə etdiyi gəlir 65 faiz artıb. BTQ-ın istifadəyə verilməsi faktiki olaraq imkan verəcək ki, beynəlxalq yükdaşımalardan əldə edilən gəliri artırmaq mümkün olsun və Dövlət büdcəsinə bütövlükdə daha çox gəlirin ödənilməsini təmin etmək mümkün olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31