"Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib. “OLAYLAR”-a SAM-dan bildirilib ki, moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusundakı paneldə Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Kürşad Melih Sarıaslan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Elmi işçi Mahir Hümbətov, Türkiyənin Beykənt Universitetinin müəllimi Kazım Sarı, Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev və Türk Şurasının nümayəndəsi Pelin Musabəy çıxış edib.
10 Noyabr 2017 14:36 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Mərkəzin yaradılmasının 10-cu ildönümünə həsr edilmiş "Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib. "OLAYLAR"-a SAM-dan bildirilib ki, moderatorunun Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın olduğu "Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar" mövzusundakı paneldə Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Kürşad Melih Sarıaslan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, SAM-ın İqtisadiyyatın təhlili şöbəsinin Elmi işçi Mahir Hümbətov, Türkiyənin Beykənt Universitetinin müəllimi Kazım Sarı, Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev və Türk Şurasının nümayəndəsi Pelin Musabəy çıxış edib.