Adam öldürməyə cəhd etdi, başqa cinayəti də üzə çıxdı
Gəncə sakini Qurban Qurbanov cinayət əməllərinə görə saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Qurban Qurbanovun daha bir ağır cinayət törətməsi də müəyyən edilib.
10 Noyabr 2017 14:46 KriminalGəncə sakini Qurban Qurbanov cinayət əməllərinə görə saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Qurban Qurbanovun daha bir ağır cinayət törətməsi də müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, araşdırmalar zamanı onun cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla "VAZ-2107" markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000 rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.