İran-Suriya: Əməkdaşlığın yeni mərhələsi
Bəşər Əsədin ona qalib gəlməkdə yardım edən ölkələrə - Rusiya və İrana borcunu qaytarmaq istiqamətində atdığı addımlar haqqında xəbərlər gəlməkdədir. Suriyanın Rusiya və İranla milyardlarla dollar qiyməti olan müqavilələr bağlaması haqqında “Əlcəzirə” portalında məlumat verilib. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, Konfliktoloq Əlimusa İbrahimovun sözlərinə görə, təbii ki, bütün münaqişə və müharibələrin sonu olduğu kimi Suriyada baş verən vətəndaş müharibəsi və beynəlxalq siyasi münaqişənin sonu gec-tez gəlməli idi.
10 Noyabr 2017 14:23 DünyaBəşər Əsədin ona qalib gəlməkdə yardım edən ölkələrə - Rusiya və İrana borcunu qaytarmaq istiqamətində atdığı addımlar haqqında xəbərlər gəlməkdədir. Suriyanın Rusiya və İranla milyardlarla dollar qiyməti olan müqavilələr bağlaması haqqında "Əlcəzirə" portalında məlumat verilib. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, Konfliktoloq Əlimusa İbrahimovun sözlərinə görə, təbii ki, bütün münaqişə və müharibələrin sonu olduğu kimi Suriyada baş verən vətəndaş müharibəsi və beynəlxalq siyasi münaqişənin sonu gec-tez gəlməli idi. Bu gün həmin sonun yaxınlaşması hamıya aydındır və qarşılıqlı borcların ödənilməsi gündəmə gəlr. Necə ki, İran-İraq müharibəsi zamanı İranın ətrafında qalan barmaqla sayılan qüvvələrdən biri Suriya və Hafiz Əsəd idi və müharibədən sonra İranın yenidən qurulması prosesində Suriyadan olan şirkətlərə kart-blanş verilmişdi, eləcə də bu gün İran həm Suriyaya yardımını əsirgəmədi və eyni zamanda regionda öz nüfuz dairəsini genişləndirdi. Suriyada münaqişəyə bulaşan və Başər Əsədin hakimiyyətdən getməsini ciddi-cəhdlə tələb edən bütün regional və qlobal qüvvələrin xahiş, minnət, hədə, qorxu və vədlərinə baxmayaraq İran Rusiya ilə birlikdə Başər Əsəddən yardımını çəkmədi. Darmadağın olmasına sayılı günlər qalan bu diktator məhz bu iki dövlətin yardımı ilə vəziyyəti köklü şəkildə dəyişməyə nail ola bildi. İndi Suriyada müharibədən sonrakı quruculuq işlərinin proqnozları verilir və planları qurulur. Təbii ki, İran və Rusiya şirkətlərinin himayəsi altında. Onun sözlərinə görə, təəssüf ediləcək hal budur ki, bütün bunlar 100 minlərlə insanın məhf olması və milyonlarala suriyalının doğma torpaqlarından didərgin düşməsi fonunda baş verir. Bu da demokratiya uğrunda mübarizənin və ölkədə rejim dəyişməsini nəzərdə tutan siyasi münaqişənin acı nəticəsidir: "Suriyada münaqişə bitir, İŞİD məğlub olmaq üzrədir, İraq parçalanmadan nisbətən xilas oldu və kürdlərin səhnələşdirdiyi oyun nəticəsiz qaldı. Amma qlobal aktorların regionda apardıqları oyun bitmək bilmir. Bitməyəcək də. Çünki qeyd olunan münaqişələrin gətirdiyi nəticələr onların gözləntiləri ilə tərs mütənasibdir. Onlar dağılmış və parçalanmış Suriya, regionlara bölünmüş İraq, vətəndaş müharibəsinə məruz qalan Türkiyə və eyni vəziyyətə salınan İran istəyirdilər. Amma nəticələr göründüyü kimi fərqlidir və bu o deməkdir ki, "mübarizə" davam edir. Yeni-yeni gərginlik ocaqları işə salınır. Səudiyyə Ərəbistanı, Qətər, Yəmən, Livan ortalığa atılır. 2012 ci ilin sonu 2013-cü ilin əvvəllərində Əsəd rejimi getdikcə ölkə boyu nəzarəti itirmək ərəfəsində idi. Ordudan qaçmalar, zabitlərin xidmətdən imtina etməsi son həddə çatmışdı, mövcud qüvvələrin silah və sursatla təminatı da acınacaqlı vəziyyətdə idi. Bu şəraitdə Başər Əsəd İran və Rusiyanı öz tərəfinə çəkə bildi və İran döyüşçülərinin Syriyaya kütləvi axını başladı. Bununla da münaqişənin taleyi Başər Əsədin xeyrinə həll olmağa istiqamətləndi. Qərb və Körfəz ölkələri tərəfindən dəstəklənən və Başər Əsədə müxalif olan Azad Suriya Ordusu və digər terrorist qrupların qara günləri başladı. Sonralar Əsədə qarşı vuruşan qüvvələrin hətta İŞİD-lə əməkdaşlıq etmələri haqda informasiyalar gəlməyə başladı. Bu da onlar üçün sonun başlanğıcı effekti verdi. Çox çəkmədi ki, İranlı general Qasem Süleymaninin komandanlığı altında olan qüvvələrin sayı 70 mini ötdü və bu da Suriya üçün çox böyük qüvvə idi. İran tərəfindən müharibəyə cəlb olunanlar arasında əfqan döyüşçülərinin sayı 20 mindən artıqdır. Bu qüvvələr qarşısında Başər Əsədə-İrana qalib gəlmək imkansız kimi görünür və Qərb eləcə də Körfəz ölkələri üzləşdikləri dilemmanın fərqindədirlər". Politoloq qeyd edib ki, müharibə sona yaxınlaşdıqca iqtisadi hərbi ağırlıq ikinci yerə keçir və 6 ildən yuxarı aparılan münaqişənin əsil səbəbi iqtisadi maraqlar formasında meydana çıxır. 2016-cı ildə İranın MABNA şirkəti milyonlarla dollar dəyəri olan müqaviləni həyata keçirməyə başlayır. İran tacirləri Dəməşq və Homs şəhərində nəinki mağaza və şirkətlər qurur, eyni zamanda müqəddəs şəhər ətrafında torpaq və mülklər alırlar: "Təbi ki, bu da İranın və eyni zamanda Rusiyanın Qərb və Körfəz ölkələri ilə uğrunda müharibə apardıqları final hesab olunur. İran İsraildən qorunmaq və Suriya xalqına yardım etmək məqsədi ilə öz ordusunu Syriyaya yeritmişdi. Sanki bu missiya yerinə yetirildi. İndi qalıb Syriya xalqı üçün firavan gələcək qurmaq".
Alim