Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan olundu

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub. Buna su kollektorunda baş vermiş qəza səbəb olub. Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb. Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün 10-12 saat vaxtın tələb olunacağı bildirilir. Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31