Gündəm

Rusiyadan PKK-ya şok təklif: Türklərə yox, Əsədə verin

22 Yanvar 2018 14:58

Rusiya “Zeytun Budağı” əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib. “Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik”, – deyə o bildirib.

Gerasimov YPG komandirini susdurdu: Türkiyə...

22 Yanvar 2018 14:56

Rusiya bizə xəyanət etdi. Bunu terror təşkilatı YPG-nin komandirlərindən olan Sipan Hemo Londonda nəşr olunan ”Şərq əl-Əvsət” qəzetinə müsahibəsində deyib. “Rusiya Türkiyəyə Afrinə girməsi üçün razılıq verdi, bu da bizim üçün xəyanətdir. Mən Rusiya Baş Qərargah rəisi və Rusiya kəşfiyyatının nümayəndələri ilə görüşdüm. Baş Qərargah rəisi Gerasimov mənə “Türkiyə sərhəd təhlükəsizliyini müdafiə etmk haqqına sahibdir” dedi. O, həmçinin, rus hərbçilərinin Afrindən çıxması üçün məlumatlandırıldıqlarını da söylədi”, – YPG nümayəndəsi bildirib.

2018-ci il ölkəmiz üçün dirçəliş və inkişaf ili olacaq

22 Yanvar 2018 14:49

“2018-ci ilin bütün iqtisadi proqnozları müsbətdir”. Bu sözləri  millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, cari ildə ümumi daxili məhsulun artmasının, qeyri-neft sektorun inkişafını və iqtisadiyyatın neftdən asıllığının aradan qalxmasının sürətləndiyini müşahidə edəcəyik: “Çünki, 2017-ci ildə yaradılmış iqtsiadi baza bunu deməyimizə imkan verir.

“Human Rights Watch” kimi təşkilatlar dünyaya hakimlik etmək istəyirlər”

22 Yanvar 2018 14:47

“Ümumiyyətlə “Human Rights Watch” hüquq-müdafiə təşkilatının 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair açıqladığı illik hesabata fikir vermək lazım deyil”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Fondun 2017-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib

22 Yanvar 2018 14:39

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib:

“Türk Hava Yolları” balaca sərnişinlərini oyuncaqlarla sevindirir

22 Yanvar 2018 14:38

Beynəlxalq istiqamətlər üzrə ən çox uçuş yerinə yetirən və ən çox ölkəyə uçan “Türk Hava Yolları” aviaşirkəti ətraf mühitin qorunması sahəsində dəfələrlə müxtəlif mükafatlara layiq görülən siyasətinə sadiq qalaraq sərnişinlərin səyahətinin daha maraqlı və rahat olması üsullarını tapmağa davam edir.

“ABŞ təxribatla məşğuldur” - Kremldən SƏRT REAKSİYA

22 Yanvar 2018 14:33

"Rusiya Afrin əməliyyatını diqqətlə müşahidə edir və Suriya ilə Türkiyənin nümayəndələrilə daim əlaqə saxlayır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov əvvəlki kimi Suriyanın ərazi bütövlüyünün saxlanılması prinsipini əsas hesab etdiklərini deyib.

“Bu Şəhərdə”nin konsertində daha bir bilet qalmaqalı

22 Yanvar 2018 14:30

“Bu Şəhərdə”nin bu ilin mart ayında keçiriləcək “Gəlin” adlı konserti ilə bağlı daha bir bilet qalmaqalı yaşanıb. Bu barədə Bakı şəhər sakini Fəridə Cavadlı yanvarın 16-da “Gənclik Mall”da yerləşən “iTicket” şirkətinə məxsus kassadan 240 manata aldığı 3 bileti bir neçə saat sonra qaytarmaq və ya dəyişmək istəsə də, bunun mümkün olmadığını deyib.

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci il üzrə İş planı təsdiq edilib

22 Yanvar 2018 14:28

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci il üçün İş planı təsdiq edilib.

Türkiyənin haqlı davası və terrorizmə qarşı aparılan qətiyyətli mübarizə

22 Yanvar 2018 14:26

Artıq bir neçə gündür ki, Türkiyə Suriyada uğurlu hərbi əməliyyatlara başlayıb. Afrində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində PKK-nın Suriya qanadı sayılan YPĞ, PYD-nın əsas mövqeləri və bazaları demək olar ki, darmadağın edilib. Əvvəlcə hava zərbələri ilə başlayan hərbi əməliyyatlar, daha sonra quru əməliyyatı ilə davam edib. Maraqlıdır ki, Türkiyənin haqlı olaraq başladığı hərbi əməliyyatlara bəzi ölkələr heç bir əsası olmadan kəskin etiraz ediblər. Bəs görəsən, Azərbaycanda Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları necə dəyərləndirirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirib.

Gizli ingilis xəfiyyəsinin siyahısında olan üç siyasi lider...

22 Yanvar 2018 14:24

Tarix çox qəribə üzvi bağlılıq xüsusiyyətlərinə malikdir və müxtəlif siyasi liderlərin missiyasını çox zaman bir-birinə heyrətamiz şəkildə bağlayır.Uinston Çörçill və Marqaret Tetçerin taleyində olduğu kimi. Hərçənd hər iki baş nazir Sovetlər Birliyinin dağılmasını ürəkdən istəyirdilər, lakin onların rəhbərik etdikləri dövrün beynəlxalq şəraiti bir-birindən kəskin fərqlənirdi.

Balkan yarımadasında Azərbaycan sözü

22 Yanvar 2018 14:21

Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana səfərindən bir həftədən artıq vaxrt keçsə də, hələ də istər Bolqar, istərsə də Avropa mediası bu səfər və səfər zamanı müzakirə edilən mövzular ətrafında müxtəlif fikirlər səsləndirir, yazılar dərc edirlər. Ümumiyyətlə bu səfər həm Bkı, həm də Sofiya üçün mühüm əhəmiyyətə malik bir səfər kimi xarakterizə edilir. Elə azərbaycanlı ekspert və politoloqlar da bu qənaətdədirlər.

Ermənistan müəyyən xarici dövlətlərə İranın daxilində xaos yaratmaq üçün bələdçilik edib

22 Yanvar 2018 14:20

Keçən ilin sonları, cari ilin əvvəllərində cənub qonşumuz İran İslam Respublikasında baş verən daxili siyasi gərginlik rəsmi Tehrandan daha çox deyəsən işğalçı Ermənistanı ciddi şəkildə narahat edib. Əslində Ermənistanın İranla bağlı narahatçılığı da başadüşüləndir. Çünki İslam Respublikası işğalçı Ermənistanın əsas müttəfiqlərindən biri hesab edilir.

Radara düşməkdən xilas olmaq mümkündür?

22 Yanvar 2018 14:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi və operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biri də ilk milli naviqasiya sistemi olan “AzNav” dır. Unikallığı ilə seçilən bu ilk milli naviqasiya sistemi istifadəyə verildiyi gündən bəri vətəndaşların xüsusi marağına səbəb olub.