“Human Rights Watch” kimi təşkilatlar dünyaya hakimlik etmək istəyirlər”
“Ümumiyyətlə “Human Rights Watch” hüquq-müdafiə təşkilatının 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair açıqladığı illik hesabata fikir vermək lazım deyil”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
22 Yanvar 2018 14:47 Siyasət"Ümumiyyətlə "Human Rights Watch" hüquq-müdafiə təşkilatının 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair açıqladığı illik hesabata fikir vermək lazım deyil". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, xaricdə bir neçə qeyri-hökumət təşkilatları var ki, bütün dünyaya hakimlik etmək iddiası ilə çıxış edirlər: "Həmin təşkilatlar ölkələri siyahıya alırlar, onlara qiymət verirlər və kateqoriyaya bölürlər. Təbii ki, bu da istər-istəməz sual doğurur. Bu səlahiyyəti onlara kim verib? Kim onlara dünyanın demokratik və yaxud da qeyri-demokratik, hansı ölkənin nə vəziyyətdə olduğu qiymətini vermək səaliyyətini verib? Hesab edirəm ki, sadəcə olaraq bunların verdikləri və yaxud yaydıqları saxta siyahılara əhəmiyyət vermək lazım deyil. Hər bir ölkə özünün daxili şəraitindən, özünün dünya birliyindəki tutduğu yerdən asılı olaraq öz problemlərini həll etməyə çalışır. Bu problemlər də fərqlənir. Heç də özünü demokratik hesab edən dünyanın həmin ölkələrə köməkləri onların problemlərini həll edə bilmir.
Bu gün gözümüzün önündə Liviya, Suriya, İraq, Yəmən, Somali variantları var. Hansı ki onlar da demokratiya qurmaq istəyirdilər amma əksinə vəziyyəti daha da gərginləşdirdilər. Hesab edirəm ki, bu cür əldəqayırma və maliyyə mənbələri şübhəli olan təşkilatların rəylərini sadəcə olaraq şərh etməkdən imtina etmək lazımdır". Sia.az