Gündəm
Ermənistanda seçkiqabağı siyasi bazarlıq
Hazırda Ermənistanda bir nömrəli müzakirə mövzusu bu ölkənin gələcək siyasi taleyidir. Hazırkı prezident Serj Sərkisyanın xələfinin kimliyi artıq cəmiyyətə açıqlansa da, erməni cəmiyyətində hələ də müəyyən tərəddüdlər var.
Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik
Azərbaycan bu günkü vəziyyəti, inkişaf səviyyəsi, müstəqil ölkə olması zamanına qədər çox əziyyətlər, məhrumiyyətlər çəkib, çətinliklərlə üzləşib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı öz müstəqil fikrini ifadə edib azadlıq arzusunu ortaya qoyanda, dərhal fiziki zor və güclə qarşılaşıb. Hər zaman da xalqımıza qarşı tətbiq edilən fiziki güc, zor yüzlərlə, bəzən isə minlərlə insanımızı aramızdan alıb. XX əsrin əvvəllərindən üzü bəri hər an, hər zaman bu ağrı-acını hiss edib yaşamışıq.
“Bu kitab qeyri-maddi mədəni irs siyahısına daxil edilsin” - TƏKLİF
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabı mədəniyyətimizin, tariximizin, mənəvi sərvətimizin carçısıdır. Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizin multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsi səhəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur.
“Azərbaycan Xalçası” Ensiklopediyası Nyu – Yorkun məşhur muzeyinə təqdim edildi
Əməkdar Mədəniyyət işçisi, “Şöhrət ordenli”, ”Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan Xalçası” Ensiklopediyasının Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib.
Fotoqraflar Birlində “Açıq qapı” – Pulsuz dərs
Azərbaycan Fotoqrafları Birliyi yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq pulsuz fotoqrafiya kursları təşkil ediləcək. Olaylar.az bildirir ki, fotokursların əsas məqsədi AFB-nin 20 illik yubileyi ilə əlaqədar fotosevərlərə hədiyyə olunur. Foto kursların dərsləri AFB-nin ənənəvi “Açıq qapı” günündə keçiriləcək. Kursun təşkilində məqsəd fotoqrafiya həvəsi olanlar, fotoqrafiya yeni başlayanlar, fotokamerası olub istifadə qaydalarını öyrənmək istəyən, sadəcə fotoqrafiya ilə məşğul olmaq üçün fotoaparat almaq arzusunda olanlara faydalı məsləhətlər veriləcək. Foto kurslarda fotoqrafiyanın tədrisini AFB-nin fotoqrafları dərs verəcək.
İlhamə Quliyevanın adına şərab buraxıldı - “Madonna of Azerbijan”
Mərhum Xalq artisti İlhamə Quliyevanın adına şərab istehsal olunub. Sənətkarın şərəfinə məhdud sayda buraxılan şərab tezliklə restoranların birində təqdim olunacaq. Bu barədə Hacı Quliyev adlı şəxs sosial şəbəkədə məlumat verib: “Mərhum sənətkar, Xalq artisti, Şərəf və Şöhrət ordenli müğənni İlhamə Quliyevanın üzərində öz şəxsi imzası olan şərab Almaniyada məhdud sayda istehsal olunub. Tezliklə restoranların birində təqdim olunacaq”.
AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub
Azərbaycan Texniki Universitetində (AzTU) Tərlan Orucovanın müəllifi olduğu “Elmin sürət qatarı” layihəsinin təqdimatı keçirilib. “OLAYLAR” Təhsil ocağına istinadən xəbər verir ki, təqdimatında çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar ali təhsil müəsissələrinin qarşısına mühüm vəzifələr qoyulub. Prorektor qeyd edib ki, universitetin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, həmçinin istedadların aşkar edilməsi qədər təhsilin bütün pillələrində kefiyyətin yüksədilməsi də prioritet istiqamətlərdəndir. İsa Xəlilov neft kapitalının insan kapitalına çevrilməsinin Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas leytmotivlərindən olduğunu vurğulayaraq son illər AzTU tələbələrinin elmi-texniki, həmçinin ictimai uğurlarından danışıb.
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb. “OLAYLAR” xəbər verir ki, qeydiyyatın nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 129 şagirdi 92 layihə ilə müsabiqəyə qatılmaq üçün www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn formada qeydiyyatdan keçib. Elmi Ekspertiza Komitəsinin qərarına əsasən, onlardan 37 layihənin müəllifi olan 59 məktəbli müsabiqədə iştirak etmək hüququ qazanıb. Respublikanın digər ümumi təhsil məktəbləri üzrə isə 399 şagird 244 layihə ilə qeydiyyatdan keçib. Onlardan 113 layihə müəllifi olan 200 məktəbli müsabiqəyə buraxılıb.
Özünü 9-cu mərtəbədən atmaq istədi
Yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.
Orfoqrafiya ilə orfoepiyanı qarışıq salmaq olmaz
12 il ərzində 3 dəfə dəyişdirilən orfoqrafiya qaydaları… Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovla və filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitunun elmi işçisi Səadər Şıxıyeva ilə yeni qaydalar ətrafında yaranan mübahisəli məsələlərə aydınlıq gətirmək istədi.
Cəlilabad sakini arvadını boğaraq öldürüb
Bakıda qətl hadisəsi baş verib. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq öldürüb.
Avtomobilin vurduğu piyada ölüb
Yanvarın 20-də saat 21 radələrində Masallı rayonunun Binə Xocavar kəndində rayon sakini Emin Kərimov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən həmyerlisi Samir Əliyevi vurub.
Bakıda qadına qarşı quldurluq edən tutuldu
Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar üçün seminar keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində Almaniyanın Röytlingen şəhərində yerləşən “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzində və istehsal müəssisələrində tədris və təcrübə keçəcək 27 sahibkar və menecer üçün seminar keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 2 gün davam edən tədbirdə “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzinin nümayəndələri tərəfindən sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.














