Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik

Azərbaycan bu günkü vəziyyəti, inkişaf səviyyəsi, müstəqil ölkə olması zamanına qədər çox əziyyətlər, məhrumiyyətlər çəkib, çətinliklərlə üzləşib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı öz müstəqil fikrini ifadə edib azadlıq arzusunu ortaya qoyanda, dərhal fiziki zor və güclə qarşılaşıb. Hər zaman da xalqımıza qarşı tətbiq edilən fiziki güc, zor yüzlərlə, bəzən isə minlərlə insanımızı aramızdan alıb. XX əsrin əvvəllərindən üzü bəri hər an, hər zaman bu ağrı-acını hiss edib yaşamışıq.

Azərbaycan bu günkü vəziyyəti, inkişaf səviyyəsi, müstəqil ölkə olması zamanına qədər çox əziyyətlər, məhrumiyyətlər çəkib, çətinliklərlə üzləşib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı öz müstəqil fikrini ifadə edib azadlıq arzusunu ortaya qoyanda, dərhal fiziki zor və güclə qarşılaşıb. Hər zaman da xalqımıza qarşı tətbiq edilən fiziki güc, zor yüzlərlə, bəzən isə minlərlə insanımızı aramızdan alıb. XX əsrin əvvəllərindən üzü bəri hər an, hər zaman bu ağrı-acını hiss edib yaşamışıq. Ancaq sevindirici hal ondan ibarətdir ki, heç zaman Azərbaycan xalqını məhv etmək, onu öz istəyindən döndərmək mümkün olmayıb. Azərbaycan qanı və yüzlərlə insanının canı bahasına olsa da, istədiyini əldə edib, qazanıb. Bu gün eyni proses, situasiya davam edir. Burada xüsusi qeyd edilməli və təqdir olunmalı məqam ondan ibarətdir ki, Azərbaycan xalqı hər zaman tarixinə hörmətlə yanaşıb, ayrı-ayrı dövrdə üzləşdiyi faciələri unutmayıb, onu hər bir vətəndaş, azərbaycanlı qəlbində yaşadıb. Bir sözlə xalq öz şərəfli tarixi ilə qürur duyub. Necə ki, aradan 100 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixini böyük qürurla anır, xatırlayır. İstər sadə vətəndaşlar, istərsə də dövlət rəhbərliyi tərəfindən hər zaman Xalq Cümhuriyyətinin şərəfli tarixi ehtiramla yad edilir. Elə bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam da bunun əyani sübutudur.

Millət vəkili Əli Məsimli deyir ki, Azərbaycan hər zaman öz şərəfli tarixi ilə fəxr edib. Onun sözlərinə görə, məhz keçmişimizə göstərilən diqqət və qayğı, qiymət bu günkü uğurumuzu şərtləndirən amillərdəndir: "Şəhidlərimizin ruhunu şad eləməkdən ötrü 20 yanvarı hüzn günündən daha çox, Azərbaycan xalqının öz azadlığı, demokratiya, müstəqil dövlət quruculuğu uğrunda Sovet İmperiyasına qarşı mübarizə tariximizin şərəfli səhifələrindən biri kimi ölkəmizdə və xaricdə geniş şəkildə qeyd etməklə, ən əsası isə bütün qüvvələrimizi səfərbər edib, işğal altında ölan torpaqlarımızı azad etməklə şad edə bilərik.Bundan ötrü güclü iqtisadiyyat-güclü ordu tandemindən səmərəli istifadə, ümummilli məsələlərdə həmrəyliliyimizin, birliyimizin daha da gücləndirilməsi və digər məlum şərtlələ yanaşı, bizim üçün bir dəyər olan və 100 illiyini qeyd etməyə hazırlaşdıımız Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri qoruyub saxlamaq, həm də bir müqədəs borc kimi həmin ənənələri yaşatmaq,inkişaf etdirmək həyatımıza daha çox tətbiq etmək istiqamətində səylərimizi fikirdə, sözdə və işdə artırmalıyıq". Əli Məsimli deyib ki, 20 yanvar - Qara yanvar adlandırılsa da, bu qanlı olaylar Azərbaycan tarixində xalqımızın milli azadlıq, demokratiya və müstəqil dövlət quruuculuğu uğrunda mübarizənin şərəfli səhifəsidir: "1990-ci ilin qanlı 20 yanvarından 28 il keçir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdi. Sovet rejiminin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmiş bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqı qorxutmaq,mübarizədən çəkindirmək, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.Amma əks,həm də bumeramq effekti verdi... 1990-ci ilin qanlı 20 yanvarında Sovet Ordusunun Bakıda əhaliyə qarşı öz vəhşiliyinə görə bütün əndazələri aşaraq törətdiyi bu qətlamla Kommunist rejiminin və onun əsas dayağı olan Sovet Ordusunun maskası tam yırtıldı: Həmişə özünü xilaskar ordu kimi qələmə verən Sovet Ordusunun 1990-ci ilin qanlı 20 yanvarında özünü ana, uşaq, qoca qatilləri kimi göstərdi. Sovet rejimi 20 yanvarda törətdiyi qətlamla Bakıda öz tarixində görmədiyi müqavimətlə rastlaşdı. Milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq əhalinin bütün təbəqələrini əhatə edən milyonlarla insan küçələrə axışıb öz etiraz səslərini ucaltdılar, televiziyanın fəaliyyətini dayandırdıqlarına və bütün digər maneələrə baxmayaraq,informasiya blokadasını yarıb Sovet imperiyasınınəsl simasını dünyaya göstərə bildik. Ən adı, sədə azərbaycanlıdan tutmuş bu qanlı olayları törədən əsas səbəbkar- Kommunist Partiyasının ən yüksək məqamı olan Siyasi Bürü üzvü səviyyəsinə yüksələn azərbaycanlıya qədər,yəni hamı bu qanlı qıtlamın səbəbkarlarını ittiham etdi. 20 yanvar- hadisələri Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi, birləşdirdi, bir yerə toparladı, milli azadlıq, demokratiya və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,sovet sistemini dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri yox, məhz Bakı qətlamından doğan müqavimət hərəkatı sürətləndirdi".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31