Avtomobilin vurduğu piyada ölüb

Yanvarın 20-də saat 21 radələrində Masallı rayonunun Binə Xocavar kəndində rayon sakini Emin Kərimov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən həmyerlisi Samir Əliyevi vurub.

Yanvarın 20-də saat 21 radələrində Masallı rayonunun Binə Xocavar kəndində rayon sakini Emin Kərimov idarə etdiyi "VAZ-2115" markalı avtomobillə yolu keçən həmyerlisi Samir Əliyevi vurub. DİN-dən "Olaylar"a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən yaşadığı evdə ölüb. Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31