Gündəm

Sinemanin kral və kraliçasi

22 Yanvar 2018 16:02

Ərdoğan: "Afrindən geri çəkilməyəcəyik"

22 Yanvar 2018 16:00

"Terror qruplaşmalarına ilk zərbəni "Fərat qalxanı" ilə vurmuşduq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik", - deyə o, vurğulayıb.

Almaniyadan deportasiya edilən azərbaycanlıların sayı açıqlandı

22 Yanvar 2018 15:59

Ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib. Həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb. Hava limanlarında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.

Müğənni Dilbər: "Atama dedilər, qızın erotik filmlərə çəkilir, öldür, namusunu təmizlə" 

22 Yanvar 2018 15:44

Türkiyənin tanınmış müğənnisi Dilbər Ay son verdiyi müsahibəsi ilə diqqət çəkib.   10 gün sonra yeni albom çıxaracağını elan edən müğənni adına görə çətin günlər yaşadığını dilə gətirib. Belə ki, onun adaşı porno aktrisa olub və əxlaqsızlıqda ad çıxarıb. Bu səbəbdən çoxları müğənnini əxlaqsız qadınla səhv salıb.

“Damarımı doğrayacam, ancaq xidmət etməyəcəyəm” - Ermənistan ordusunun əsgəri

22 Yanvar 2018 15:41

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgəri Ernest Ovanisyanın yaralanmasının təfərrüatı məlum olub. O, Yerevandakı "Murastan" hərbi hospitalına yerləşdirilib.

Yenə könlüm Kəlbəcərə tələsir

22 Yanvar 2018 15:25

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyində Kəlbəcər rayon sakini, 1984-çü il təvəlüdlü Elşad İbrahimovun "Aşıq Şəmşir" Mədəniyyət Ocağının dəstəyi ilə işıq üzü görən "Yenə Könlüm Kəlbəcərə tələsir" adlı kitbının təqdimatı, həmçinin Elşadın Kəlbəcərli gənçlərlə görüşü təşkil edilib. 

Siciliyada "Koza Nostra"ya qarşı əməliyyat - Mer saxlanıldı

22 Yanvar 2018 15:24

İtaliyanın Siciliya adasında Aqricento əyalətində mafiyaya qarşı polis əməliyyat keçirib. Əməliyyat nəticəsində "Koza Nostra" mafiya qruplaşmasının 56 üzvü saxlanılıb. Bildirilir ki, saxlananlar arasında "mafiya bossu"nun oğlu, eləcə də San Byaco Platani qəsəbəsinin meri də var.

Yeni müharibə cəbhələri açılır - İngilislərdən XƏBƏRDARLIQ

22 Yanvar 2018 15:19

“Türkiyə ABŞ-a meydan oxuyaraq Afrində əməliyyata başladı”. Bunu Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində 3 gün əvvəl başladığı “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Financial Times” nəşri yazıb. Nəşrin yazdığına görə, əməliyyat Yaxın Şərqdə yeni cəbhələr aça və ABŞ-la münasibətləri daha da gərginləşdirə bilər.

AŞPA-nın yeni prezidenti seçildi

22 Yanvar 2018 15:18

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib. AŞPA-nın bu gün işə başlayan qış sessiyasında italiyalı deputat Mikele Nikoletti qurumun prezidenti seçilib.

Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22 Yanvar 2018 15:07

Gürcüstanın Marneuli rayonunun 8 saylı orta məktəbinin Yusif Talıbovun qəfil ölüm səbəbi məlum olub.  Məlumatına əsasən, 7 yaşlı Y. Talıbov M. İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasında meninqokoksemiya xəstəliyindən dünyasını dəyişib.  Marneuli rayonunun İctimai Sağlamlıq Mərkəzindən bildirilib ki, məktəbli ilk olaraq yerli xəstəxanaya yerləşdirilib: “Sonra o, M. İaşvili adına uşaq xəstəxanasına aparılıb və yanvarın 18-də orada vəfat edib”.  Mərkəzin məlumatına əsasən, meninqokoksemiya xəstəliyindən ölüm faktı bu il ilk dəfə qeydə alınıb. Qeyd olunur ki, Marneuli rayonunda epidemiya təhlükəsi yoxdur.   Marneulinin 8 saylı orta məktəbində isə dezinfeksiya işləri aparılıb və yerli əhaliyə vəziyyətin təhlükəli olmadığı bildirilib.    

SABAH qruplarına müəllimlərin işə qəbuluna başlanıb

22 Yanvar 2018 15:03

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədris etmək üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu üzrə müsabiqə başa çatıb. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və yeni kadrların tədrisə cəlb olunmasıdır. 

20 Yanvar şəhidləri İstanbulda anılıb

22 Yanvar 2018 15:04

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində (İSTAD) anım mərasimi və fotosərgi təşkil edilib. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə 28 il bundan öncə Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilib. Türkiyə Azərbaycan dövlət himnilərinin səsləndirilməsindən sonra İSTAD sədri Sefer Karakoyunlu bu günün Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən danışıb. 20 Yanvar tarixini Azərbaycan türklərinin ölüm-qalım günü kimi qiymətləndirən S.Karakoyunlu qanlı faciənin tarixə eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq günü kimi yazıldığını əlavə edib: “1918-ci ildə "Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək Şərqin ilk Respublikasını quran Azərbaycan türkləri iki il sonra rusların təzyiqi nəticəsində müstəqilliklərini itirsə də, müstəqillik ruhunu əsla itirmədi. 1990-cı ildə eyni ruh və düşüncə ilə təkrar ayağa qalxan Azərbaycan xalqı SSRİ tankları qarşısında sinəsini sipər etməklə Vətənin müstəqilliyini bütün dünyaya nümayiş etdirdi”.