Yeni müharibə cəbhələri açılır - İngilislərdən XƏBƏRDARLIQ

“Türkiyə ABŞ-a meydan oxuyaraq Afrində əməliyyata başladı”. Bunu Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində 3 gün əvvəl başladığı “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Financial Times” nəşri yazıb. Nəşrin yazdığına görə, əməliyyat Yaxın Şərqdə yeni cəbhələr aça və ABŞ-la münasibətləri daha da gərginləşdirə bilər.

"Türkiyə ABŞ-a meydan oxuyaraq Afrində əməliyyata başladı". Bunu Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində 3 gün əvvəl başladığı "Zeytun budağı" əməliyyatını şərh edən Böyük Britaniyanın "Financial Times" nəşri yazıb. Nəşrin yazdığına görə, əməliyyat Yaxın Şərqdə yeni cəbhələr aça və ABŞ-la münasibətləri daha da gərginləşdirə bilər.

Qeyd edilir ki, ABŞ-la Türkiyə arasında yaşanan gərginliyin əsas səbəblərindən biri Pentaqonun "Suriya Sərhəd Gücləri" adlı qruplaşmanı qurma cəhdidir. Nəşr bildirir ki, ABŞ Afrindəki qrupların koalisiyanın bir hissəsi olmadığını bildirsə də, Türkiyənin Afrinə müdaxiləsini bağışlamayacaq. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31