Gündəm
Türkiyə ordusu Afrində yeni cəbhə açdı
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Azezdən hücuma keçib. Bu haqda “Anadolu” agentliyi məlumat yayıb. Yanvarın 20-də başlayan əməliyyatın gedişatında indiyə kimi 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər.
Özünü həyətdəki tövlədə asdı
Sabunçu rayonunun 14-cü polis bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində növbəti intihar hadisəsi qeydə alınıb. Bu barədə Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, 1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu evin həyətyanı sahəsində yerləşən tövlədə həyatına son qoyub. Gəncin kəndirlə özünü asdığı bildirilir.
İngiltərə XİN başçısı: "Türkiyə haqlıdır"
İngiltərənin xarici işlər naziri Boris Conson TürkiyəninSuriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib. B. Conson özünün "Twitter” səhifəsində hadisələri yaxılndan izlədiklərini yazıb. “Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməkdə haqlıdır. Biz Suriyada zorakılığı azaltmaq və daha da önəmlisi, Əsəd rejimini bitirəcək siyasi prosesə diqqəti cəmləşdirmək məsələsində Türkiyə ilə ortaq hədəflərə sahibik", - deyə B. Conson bildirib.
Bakıda baş verən avtobus qəzasının səbəbi bəlli oldu
Bu gün paytaxtda avtobusla minik avtomobilin toqquşması ilə nəticələnən qəzanın səbəbi minik avtomobilinin sürücüsünün qaydaları pozmasıdır. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
DİN Milli Şuranın iddialarına münasibət bildirib
Daxili İşlər Nazirliyi (DİN) Milli Şura üzvlərinin yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarəti zamanı polis əməkdaşlarının onlara maneə yaratması barədə iddialarına münasibət bildirib.
Qanun pozuntularına görə 88 akt tərtib olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 88 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib.
Britaniyalı alimlərdən afrikalılar üçün birdəfəlik test
Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayırlar. Yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələr ilə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğu barədə məlumat verir. “WaterAid”-in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 mln sakini təmiz su çatışmamazlığından əziyyət çəkir.
Cəmi 30 ilə bədənimizi istədiyimiz şəklə sala biləcək, ölümsüz olacağıq - Postinsan kimdir?
Bir həftə öncə “Y Combinator” adlı Kaliforniya biznes inkubatorunun prezidenti Sem Altman rəsmi bəyanatla çıxış edərək, qocalığı ləngidib, insan ömrünü uzatmaq yolunda həyata keçiriləcək bütün layihələrə 1 milyon dollaradək investisiya yatıra biləcəyini vurğuladı. “Biz insanların daha uzunömürlü olub, sağlam yaşamalarına yardımçı olmaq istəyirik” - deyə Altman planet sakinlərinə müraciət etdi.
Regionların sosial-iqtisadi inkişafı sosial problemlərin həllinə yol açır
Ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir. Xüsusən, regionlarda aparılan quruculuq- abadlıq işləri ümumən ölkənin inkişafında əhəmiyyətli rol oynayıb. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər ölkənin simasını tamamilə dəyişdirib. Respublikada müşahidə edilən iqtisadi inkişaf Masallı rayonunda daha çox özünü büruzə verir.
Axtarışda olan keçmiş məhkumda narkotik aşkar edildi
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər.
Metroda cibgir saxlanıb
Metroda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.
Pulla dolu seyf oğurlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin sentyabr ayında baş verən və zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının yaşadığı evə qanunsuz daxil olaraq oradan içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilov saxlanılıb.
Bakıda silahlı şəxs saxlandı
Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əmə liyyat tədbiri həyata keçirilib. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
Yanvarın 22-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda Milli Məclisin səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ilə bağlı müzakirələr aparılıb.
Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib. Sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?” sualı ünvanlanıb.






.jpg)







