Şanlı qələbəmiz milli iradəmizin bariz nümunəsidir- ÖZƏL
15:04 Siyasət"Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ölkəmizdə gedən ictimai-siyasi proseslərdə mühüm rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Xasayeva deyib: "Ümummili Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilən YAP ölkəmizin sürətli inkişafına daim öz töhfələrini verib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu şanlı qələbələr dövlətimizin qüdrətinin, xalqımızın birlik və həmrəylinin, həmçinin tükənməz milli iradəsinin bariz nümunəsidir".