Britaniyalı alimlərdən afrikalılar üçün birdəfəlik test

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayırlar. Yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələr ilə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğu barədə məlumat verir. “WaterAid”-in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 mln sakini təmiz su çatışmamazlığından əziyyət çəkir.

Böyük Britaniyanın Bat Universitetinin ekspertləri tərəfindən içməli suyun istifadəyə yararlılığını yoxlayan birdəfəlik test hazırlanıb. Mütəxəssislər bu testin Afrika ərazisində yaşayan minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayırlar.

Yeni işləmə qrafit elektrodlu və elektrikkeçirici bakteriya təbəqəli kağızı xatırladır. Zolaq öz rəngini zəhərli kimyəvi maddə, ağır metal, herbisid və digər gözlə görünməyən əlavələr ilə reaksiya zamanı dəyişir. Lakmus kağızına bənzəyən testerin rənginin dəyişməsi suyun tərkibindəki zərərli qatqıların mövcudluğu barədə məlumat verir. "WaterAid"-in apardığı qiymətləndirməyə əsasən indiki dövrdə Yer kürəsinin 850 mln sakini təmiz su çatışmamazlığından əziyyət çəkir.

Bu cür testləri inkişaf etmiş ölkələrin ərazisində də tədbiq etmək mümkündür. Test ucqar yaşayış ərazilərində suyun keyfiyyətini müəyyənləşdirməyə imkan verəcək, həmçinin turist və xilasedicilərə içməli su ehtiyatlarının çirklənməsinə səbəb olan fövqəladə hallar zamanı yardım göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31