Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda Milli Məclisin səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ilə bağlı müzakirələr aparılıb.

Yanvarın 22-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda Milli Məclisin səhiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ilə bağlı müzakirələr aparılıb. Komitə sədri Əhliman Əmiraslanov 2017-ci il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, hesabat müddətində səhiyyə komitəsinin dörd iclası keçirilib, altı məsələ müzakirə olunub və onlardan dördü qanun layihəsidir. Hesabat dövründə komitəyə 191 ərizə və şikayət daxil olub. Ərizə və şikayətlər əsasən vətəndaşların ödənişsiz əməliyyatlar, müalicə, ev və işlə təmin olunması, əfv məsələləri haqqında müraciətlərdir. Bundan başqa, payız sessiyası dövründə komitədə bir sıra görüşlər, tədbirlər və iclaslar keçirilib.Sonra iclasda "Dərman vasitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanuna təklif olunan dəyişiklik texniki xarakterlidir və 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq dərman vasitələrinin buraxılmasının qadağan edilməsi məqsədi daşıyır. Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31