Bakıda silahlı şəxs saxlandı
Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əmə liyyat tədbiri həyata keçirilib. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
22 Yanvar 2018 16:06 KriminalƏllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əmə liyyat tədbiri həyata keçirilib. Bu haqda "Olaylar"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb.Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan "TT" markalı tapança aşkar olunaraq götürülüb.Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.