Axtarışda olan keçmiş məhkumda narkotik aşkar edildi
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər.
22 Yanvar 2018 16:09 KriminalYasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefon almasını bildiriblər. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və şübhəli qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş, həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan paytaxt sakini Ramin Rzayev olması müəyyən edilib. Baxış zamanı ondan 1,602 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.