Regionların sosial-iqtisadi inkişafı sosial problemlərin həllinə yol açır

Ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir. Xüsusən, regionlarda aparılan quruculuq- abadlıq işləri ümumən ölkənin inkişafında əhəmiyyətli rol oynayıb. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər ölkənin simasını tamamilə dəyişdirib. Respublikada müşahidə edilən iqtisadi inkişaf Masallı rayonunda daha çox özünü büruzə verir.

Ölkədə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir. Xüsusən, regionlarda aparılan quruculuq- abadlıq işləri ümumən ölkənin inkişafında əhəmiyyətli rol oynayıb. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər ölkənin simasını tamamilə dəyişdirib. Respublikada müşahidə edilən iqtisadi inkişaf Masallı rayonunda daha çox özünü büruzə verir. Belə ki, rayonda həyata keçirlən tədbirlər qarşıya qoyulan hədəflərin dəf edilməsində əhəmiyyətli rol oynayıb. Etiraf edilməlidir ki, Masallı rayonu da da sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlar əldə edib. Yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.Təkcə 2017-ci ilin doqquz ayı ərzində görülən işlərin miqyası rayonun iqtisadi inkişafının sürətlə davam etdiyini deməyə əsas verir. Belə ki, bu dövr ərzində ümumi uzunluğu 1,45 km olan Digah küçəsinin yenidənqurulması işləri başa çatdırılıb. Həmin ərazidə 2620 p/m bordur düzülüb və piyada səkilərinə asfalt çəkilib, küçənin işıqlandırma sisteminin qurulmasından ötrü 65 işıq dirəyi quraşdırılaraq istifadəyə verilib. Şəhərin əksər küçələrində səki və bordürlərin, hasarların təmiri işləri həyata keçirilib. Heydər Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan suötürücü kanalın çəkilişinə başlanılıb və 700 metr məsafədə betonlanma işləri başa çatdırılıb, hazırda bu istiqamətdə işlər davam etdirlir. Şəhərin mərkəzindən keçən Viləş çayının ətrafında Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilib. İlkin olaraq ümumi uzunluğu 750 p/m olan beton bəndin 591 p/m hissəsində işlər yekunlaşıb. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi və uşaq əyləncə qurğularının quraşdırılması planlaşdırılır. Hazırda çay yatağının 159 p/m-lik hissəsinin beton məcraya salınması işləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 2016-cı ildə inşasına başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan rayon Məhkəməsinin yeni inzibati binasında hazırda tikinti işləri davam etdirilir.
Rayonda sosial layihələrin icrasına xüsusi diqqət yetirilir. Paralel olaraq, rayonun simasının dəyişdirilməsi istiqamətində tikinti-quruculuq işləri davam etdirilir. Belə ki, 2017-ci ilin doqquz ayında Masallı şəhəri ərazisində sosial təşəbbüslə 100 yerlik uşaq bağçası tikilib istifadəyə verilib. Həmçinin hazırda şəhər ərazisində yerləşən Masallı "Cümə" məscidində əsaslı təmir işləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05 sentyabr 2016-cı il tarixli, 2302 saylı Sərəncamı ilə Masallı şəhərində 27 çoxmənzilli binanın təmir edilməsindən ötrü 3 milon manat vəsait ayrılıb. Hazırda ötən əsrin 70-80-ci illərində inşa edilmiş 27 kommunal yaşayış binasının fasad və dam örtüklərində əsaslı təmir işləri başa çatdırılıb. Ümumilikdə binalar üzrə mövcud olan 84 giriş bloklarında smeta sənədlərində nəzərdə tutulan bütün işlər yekunlaşıb. Binaların zirzəmilərinin təmiri və kanalizasiya xətlərinin yeni sistemə qoşulması işləri hazırda davam edir. 5,5 hektar ərazidə yerləşən yaşayış binalarının qarşısındakı yollara 950 p/m bardur düzülüb və 20000 m2 asfalt döşənib. Hazırda bu işlər davam etdirlir. Eyni zamanda binaların qarşısında müasir işıqlandırılma sistemlərinin quraşdırılmasından ötrü hazırlıq işlərinə başlanılıb. Binaların qarşısında yaşıllıq zolaqları salınacaq ərazilərə torpaq materialı verilməsi tamamlanıb. Bundan əlavə 18 binanın dam örtüyünün və 5 binanın fasadının əsaslı təmiri başa çatdırılıb. Onu da qeyd edək ki, rayonda tikinti-quruculuq işləri kor-təbii halda deyil, planlı şəkildə həyata keçirilir. 7 aprel 2017-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin inzibati binasında Masallı şəhərinin 2034-cü ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı işlər haqqında ictimai müzakirə keçirilib. Baş planda şəhər ərazisinin zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin, yeni yaşayış ərazilərinin, çayqırağı rekreasiya və sənaye zonalarının yerləri müfəssəl qaydada işlənib hazırlanıb. Eyni zamanda baş plan layihəsində şəhərin mərkəzindən keçən çayın üzərində yeni iki körpünün salınması nəzərdə tutulur.Turizm Peşə Məktəbi üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü şəhərin Heydər Əliyev Prospektində " ASAN Həyat" kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunub. Eyni zamanda Heydər Əliyev Prospektində Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə 10 ha torpaq sahəsi ayrılıb.
Rayonda təhsil və səhiyyə ocaqlarının inşası da diqqət mərkəzindədir. Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd uşaq bağçası qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi yeddi faiz təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Bu problemlərin həlli ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda "15 sentyabr Bilik Günü" ilə əlaqədar 60 şagird yerlik Kubin, 80 şagird yerlik Meşəkənarı, 60 şagird yerlik Mololon və 35 şagird yerlik Ləngan ümumi orta məktəbləri və Kolatan kənd uşaq bağçası istifadəyə verilib. Yaxın günlərdə Xallıcallı və Təkdam kəndlərində modul tipli məktəblərin tikintisinə başlanılacaq.Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir. Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülüb. Hazırda Lürən, Məmmədoba həkim məntəqələrinin tikintisi davam etdirilir. Eyni zamanda rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilib.
Məlum olduğu kimi Masallı rayonunda Sənaye məhəlləsinin yaradılması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 iyun 2016-cı il tarixdə Sərəncam imzalanıb. Artıq rayonda Sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə başlanılıb. Masallı şəhər ərazisində Sənaye məhəlləsinin yaradılması məqsədi ilə Ələt-Astara aftomobil yolunun 165-ci kilometrində sol tərəfdə Masallı şəhəri ərazisində yerləşən 10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2016-cı il tarixli 544s nömrəli Sərəncamına əsasən həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilib. Hazırda sənaye məhəlləsinin yaradılması ilə əlaqədar rayondan olan kiçik və orta sahibkarlarla müzakirələr aparılıb və fəaliyyət göstərmək istəyən sahibkarlar barədə müvafiq məlumatlar toplanıb. Sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcəyi şübhə doğurmur. Hazırda Sənaye məhəlləsində tikinti işləri davam etdirilir. Məhz görülən işlərin nəticəsidir ki, rayonun iqtisadi göstəricilərdə yüksək naliyyətlər əldə edilib. Belə ki, rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 478,8 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz artaraq 41,3 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 4,2 faiz artaraq 83,1 milyon manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,4 faiz artaraq 56,7 milyon manat təşkil edib. Adambaşına düşən pul gəlirləri 2178, 2 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 303 manat olub. Masallı rayonunun gəlirləri 53 milyon 835 min 13 manata qarşı 55 milyon 341 min 06 manat və ya 102,7 % icra olunub. Rayonun yerli xərcləri isə 59 milyon 703 min 97 manata qarşı 51 milyon 529 min 36 manat və ya 86,3% icra olunub. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınıb. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına nəzarət olunub. Nəticədə ayrı-ayrı təşkilatlar tərəfindən rayon Məşğulluq mərkəzinə 404 vakant iş yerləri təqdim olunub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31