Gündəm
Azərbaycandakı "Ford"lar da geri çağırılacaq? - RƏSMİ CAVAB
"Ford" şirkəti avtomobillərin geri çağırılması ilə bağlı Azərbaycana müraciət etməyib. Bu barədə özəl olaraq Trend-ə "Ford"un Azərbaycandakı rəsmi distribyutoru "Nurgün Motors"dan məlumat verilib. Məlumatda qeyd olunur ki, hər ölkəyə sifarişdən və bazar tələbatından asılı olaraq fərqli partiya avtomobillər göndərilir: "Hər bazarın öz xüsusisyyətləri var. Rusiyaya aid partiyada olan modellər Azərbaycana daxil olmayıb, ona görə də "Ford" markalı avtomobillərin geri çağırılması gözlənilmir".
Davosda Bakının "Ekspo 2025"ə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək
"Ekspo-2025" (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar, İsveçrənin Davos şəhərində yanvarın 23-də təqdimat keçiriləcək. Rəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəriElçin Əmirbəyov tərəfindən həyata keçiriləcək.
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub
Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub.
Bizim bildiyimiz ərəb sirri: daşların ətəkdən tökülmə vaxtı
"Səudiyyə Ərəbistanı hakimiyyət dairələri rüşvətxorluq və korrupsiyada ittiham olunan şahzadələrdən 100 milyard dolları alıb büdcəyə qaytarmaq niyyətindədir".
İŞİD qarşısında şərt qoydular: Azadlıq əvəzində Türkiyə ilə VURUŞMAQ
Suriyanın Afrin bölgəsinə nəzarət edən PYD/PKK terror təşkilatı İŞİD terror qruplaşmasının əsirlikdə olan döyüşçülərini azad edib. Onların qarşısına Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə döyüşmək şərti qoyulub.
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi
Bu gün AŞPA-nın qış sessiyasının açılışından sonra qurumun vitse-prezidentləri seçilib. Bu posta seçilən 19 deputatdan biri də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.
AŞ PA-nın yeni prezidentinin ilk çıxışı: Avropalılar artan münaqişələrdən narahatdır
Avropalılar artan münaqişələrdən narahatdırlar. Məlumata görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni sədri Mikele Nikoletti ilk çıxışında deyib. M.Nikoletti bildirib: "Vətəndaşlarımızın çox hissəsi siyasətdən narazıdırlar. Onlar getdikcə artan ekoloji problemlər və münaqişələrdən ciddi narahatlıq keçirirlər və siyasəti gücsüz hesab edirlər".
Putin yenidən prezident seçilə bilərmi? - Nəticələr yayımlandı
Rusiyada seçkiqabağı keçirilən kampaniyaların maraqlı nəticələri yayımlanıb. Rusiyada mart ayının 18-də növbəti prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq namizədlərə imzatoplama kampaniyaları başladılıb. Kampaniyanın yanvarın 22-də başa çatacağı deyilib.
Armen Sarkisyan prezident seçilərsə, nə dəyişəcək? – Şərh
“Ermənistanda yeni prezidentin seçilməsi ilə bu dövlətin xarici siyasətində dəyişikliyin baş verəcəyini düşünmürəm”. Bu fikri politoloq Fikrət Sadıqov Ermənistanın hakim partiyası tərəfindən Böyük Britaniyadakı səfir Armen Sarkisyanın prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsini şərh edərkən deyib.
Deputat: “ABŞ terror təşkilatları ilə əməkdaşlıq edir”
“Hesab edirəm ki, Afrində əməliyyatın aparılmasından öncə Türkiyə geniş diplomatik hazırlıqlar aparıb, Vaşinqtonu da xəbərdar edib”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - VİDEO
Özbəkistanda cərrahlar 9 saat davam edən cərrahiyyə əməliyyatı sayəsində 11 aylıq körpənin bədənindən 13 iynə çıxarıblar. Uşaq hazırda Daşkənddəki Respublika Təcili Tibbi Yardım Elmi Mərkəzinin reanimasiya bölməsindədir.
Deputat: “Ermənistanda prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq”
“Ermənistanda parlament tərəfindən seçilən prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq”. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Prezidentliyə namizəd Armen Sarkisyan ölkəni tərk edib
Ermənistanın Böyük Britaniyadakı səfiri və hakim Respublikaçı Partiyanın prezidentliyinə namizədi Armen Sarkisyan ölkəsini tərk edərək Londona yola düşüb.
Son şəklini çəkən fotoqraf
1952-ci ildə anadan olmuş Hişino Mitio uşaqlıq dövründə macəra ədəbiyyatı ilə maraqlanır və 16 yaşında Şimali Amerikaya tək başına səfər edir. Tələbə olduğu zaman jurnalda sivilizasiyadan uzaq olan Şişmaref şəhərinin şəkillərini görür və Alyaska ilə dərindən maraqlanmağa başlayır. Şəhər qubernatoruna məktub belə göndərir. Nəticədə 1973-cü ildə Şişmarefi ziyarət edir.
Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək
Rusiya Myanmaya 6 Sу-30 qırıcısı tədarük edəcək. Bu barədə razılaşma Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ölkəyə səfəri çərçivəsində əldə olunub. İki ölkə arasında həmçinin, hərbi gəmilərin səfər rejimlərinin sadələşdirilməsi ilə bağlı saziş imzalanıb. S.Şoyqunun səfəri ilə eyni zamanda, Rusiyanın Sakit okean donanmasının gəmiləri də Myanma sahillərinə yan alıb.














