Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçildi

Bu gün AŞPA-nın qış sessiyasının açılışından sonra qurumun vitse-prezidentləri seçilib.   Bu  posta seçilən 19 deputatdan biri də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. 

Bu gün AŞPA-nın qış sessiyasının açılışından sonra qurumun vitse-prezidentləri seçilib.   Bu  posta seçilən 19 deputatdan biri də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. 

Qeyd edək ki, Rusiya və İtaliyanın vitse-prezident postları boş qalıb. Vitse-prezidentlər illik sessiyanın başlanğıcında seçilir və növbəti sessiyanın açılışına qədər bu postda qalırlar. Lakin sessiyanın gedişində nümayəndə heyətinin tərkibində dəyişiklik olarsa, vitse-prezident ofisi tərk etməli olur.  Azadinform AŞPA-nın rəsmi saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31