Gündəm
"AŞPA-nın aktiv rol alacağını düşünmək olar"
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədrinin bəlli olmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hansısa təsirindən söhbət gedə bilməz”. Bunu S siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Bildirib ki, amma nəzərə almaq lazımdır ki, həm ATƏT-ə sədrlik İtaliyaya keçib, həm də indiki şəraitdə AŞPA-nın yeni sədri də italiyalı deputat Mikele Nikoletti seçilib: “Bu aspektdən AŞPA-nın da Dağlıq Qarabağ məsələsinə münasibətdə aktiv rol alacağını düşünmək olar. Çünki İtaliyanın builki sədrliyinin prioritetlərindən biri də özlərinin elan etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tənzimlənməsi ilə bağlıdır. BMT Baş katibi də Dağlıq Qarabağ məsələsinin 2018-ci ildə BMT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Zənnimcə bütün bu açıqlamalar imkan verir ki, AŞPA da münaqişəyə münasibətdə ədalətli mövqe sərgiləyəcək. Eyni zamanda qeyd edim ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvü olan dövlətdir. Təbii ki, bu ölkənin prosesdə aktiv şəkildə iştirak etməsi üçün kifayət qədər ciddi əsas vardır”.
Gömrük Akademiyasında mühazirələr təşkil edilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında "Konteynerlərə gömrük baxışı" və "Gömrük işində risklərin idarə olunması: beynəlxalq təcrübə" mövzusunda mühazirələr təşkil edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Mühazirələr Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri və Komitə əməkdaşları üçün nəzərdə tutulub. Mühazirələrin aparılması üçün ölkəmizə Ukrayna Gömrük İşi və Maliyyə Universitetinin rektor əvəzi Yevgeni Qarmaş dəvət edilib. Yevgeni Qarmaş ilk mühazirəsini yanvarın 22-də keçirib.
Bakıda 2 yaşlı uşaq diri-diri yandı
Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.“Olaylar”ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb. Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.
Bu Forum ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir
“Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir”. Bu sözləri açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
"AXC ili" çərçivəsində birgə tədbirlərlə bağlı müzakirə aparılıb
Bu gün Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz və Türkiyənin TRT telekanalının Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olublar.
Arvadının oğlanla yazışdığını canlı yayımda öyrəndi - Məni biabır etməsinlər artıq - VİDEO
Biləsuvarda 17 yaşlı Aygünün bibisi oğlu tərəfindən qaçırılmasından sonra qızın valideynlərinin "Səni axtarıram" verilişində qızlarını geri qaytarmaq üçün kömək istəməkləri bir çox şok detalların ortaya çıxmasına gətirib çıxarıb.
Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər
Rusiyada 14 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsi qadağan oluna bilər. Məlumata görə, 14 yaşına çatmamış uşaqların qanuni nümayəndələrinin yazılı icazəsi olmadan onların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan etməyi nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına daxil olub.
"Euronews" telekanalı Azərbaycanı X-Road texnologiyasını tətbiq edən II ölkə kimi təqdim edib
Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan "Euronews" Azərbaycanı X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən xəbərə görə, bu texnologiyaların imkanlarından istifadə edən qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Xəbər eyni zamanda kanalın rəsmi internet səhifəsində də yerləşdirilib.
Əlahiddə Çevik Polis Alayı: Post və marşrutlarda müxtəlif cinayətlər törətmiş 821 nəfər saxlanılıb
Əlahiddə Çevik Polis Alayında 2017-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə daxili işlər naziriRamil Usubov da iştirak edib. Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib
Ötən il avaralıq və dilənçilik edən 3 minə yaxın şəxs polisə təhvil verilib. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışında deyib.
Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi - Çatlarda genişlənmə var
"Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" və "Qır gölü" adlanan ərazilərdə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir".
Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər saxlanıldı
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və 1 nəfər Hindistan Respublikası vətəndaşı saxlanılıb.
"Azərbaycan xalçaçılıq ölkəsidir"
"Azərbaycanda xalçaçılığın bir kökü var. Azərbaycan xalçaçılıq ölkəsidir, Azərbaycan xalçası da azərbaycançılığın passportudur. Bu gün deyirik ki dünya muzeylərində Azərbaycan xalçaları var, dünyanın elə bir muzeyi yoxdur ki orada Azərbaycan xalçası olmasın. Bu onu göstərir ki Azərbaycanda vaxtilə xalçalar çox olub".
"İşğal altında qalan abidələrimizin taleyi hər birimizə təsir edir"
"Bu mədəniyyətin Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmasının səbəbi əvvəla ona görədir ki ümumiyyətlə arxeoloji elmdə belə bir qayda var: bu və ya digər etnik mədəni qrupların yaratdığı mədəniyyət onların ilkin aşkar olunduğu yerin adı ilə adlanır".














