"AŞPA-nın aktiv rol alacağını düşünmək olar"

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədrinin bəlli olmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hansısa təsirindən söhbət gedə bilməz”. Bunu S siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Bildirib ki, amma nəzərə almaq lazımdır ki, həm ATƏT-ə sədrlik İtaliyaya keçib, həm də indiki şəraitdə AŞPA-nın yeni sədri də italiyalı deputat Mikele Nikoletti seçilib: “Bu aspektdən AŞPA-nın da Dağlıq Qarabağ məsələsinə münasibətdə aktiv rol alacağını düşünmək olar. Çünki İtaliyanın builki sədrliyinin prioritetlərindən biri də özlərinin elan etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tənzimlənməsi ilə bağlıdır. BMT Baş katibi də Dağlıq Qarabağ məsələsinin 2018-ci ildə BMT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Zənnimcə bütün bu açıqlamalar imkan verir ki, AŞPA da münaqişəyə münasibətdə ədalətli mövqe sərgiləyəcək. Eyni zamanda qeyd edim ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvü olan dövlətdir. Təbii ki, bu ölkənin prosesdə aktiv şəkildə iştirak etməsi üçün kifayət qədər ciddi əsas vardır”.

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni sədrinin bəlli olmasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hansısa təsirindən söhbət gedə bilməz". Bunu S siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Bildirib ki, amma nəzərə almaq lazımdır ki, həm ATƏT-ə sədrlik İtaliyaya keçib, həm də indiki şəraitdə AŞPA-nın yeni sədri də italiyalı deputat Mikele Nikoletti seçilib: "Bu aspektdən AŞPA-nın da Dağlıq Qarabağ məsələsinə münasibətdə aktiv rol alacağını düşünmək olar. Çünki İtaliyanın builki sədrliyinin prioritetlərindən biri də özlərinin elan etdiyi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tənzimlənməsi ilə bağlıdır. BMT Baş katibi də Dağlıq Qarabağ məsələsinin 2018-ci ildə BMT üçün prioritet təşkil edəcəyini vurğulayıb. Zənnimcə bütün bu açıqlamalar imkan verir ki, AŞPA da münaqişəyə münasibətdə ədalətli mövqe sərgiləyəcək. Eyni zamanda qeyd edim ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvü olan dövlətdir. Təbii ki, bu ölkənin prosesdə aktiv şəkildə iştirak etməsi üçün kifayət qədər ciddi əsas vardır".
Qeyd edək ki, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentinin adı məlum olub. Parlament Assambleyasının bu gün başlayan qış sessiyasında italiyalı deputat Mikele Nikoletti AŞPA-nın yeni prezidenti seçilib. Xatırladaq ki, ötən ilin oktyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. Səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31