Gündəm
“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib
“Samsung” şirkətinin qabaqcıl “Samsung Galaxy S9” və “Samsung Galaxy S9+” smartfonlarını fevralın 26-dan martın 1-dək Barselonada keçiriləcək “Mobile World Congress” (MWC 2018) sərgisi çərçivəsində nümayiş etdirəcəyinə baxmayaraq Çinin “Weibo” sosial şəbəkəsində smartfonlardan birinin fotoşəkilləri yayılıb. Kamera obyektivinə qoşa kamera ilə təchiz edilən və tərəflərinin nisbəti 18:9 təşkil edən bükük ekranlı “Samsung Galaxy S9+” versiyası tuş gəlib.
“LG” şirkəti təhlükəsiz “X4+” smartfonunu təqdim edib
“LG Electronics” şirkəti qabaqcıl səs imkanları və mexaniki zədələrdən yüksək qoruma səviyyəsinə malik olan “X4+” smartfonunu təqdim edib.
Təzyiqi ölçən və istifadədən sonra orqanizmdə həll olan implantat hazırlanıb
Həkimlər pasiyentlərdə, məsələn, beyin şişi kimi xəstəliklərə nəzarət etmək istədikdə bəzən sensor implantasiya edirlər və bu sensor hər dəfə təzyiqə məruz qaldıqda oxunan elektrik siqnalı saçır. Problem ondadır ki, bu sensorlar istifadədən sonra pasiyentin bədənindən çıxarılmalıdır və bu, əlavə əməliyyat tələb edir. Ancaq indi alimlər tərəfindən yaradılmış yeni qurğu zamanla pasiyentin orqanizmində öz-özünə həll olunacaq.
Kvant peyk məlumatları 7600 km məsafəyə ötürüb
Çinin iki il əvvəl orbitə buraxılan kvant peyki bir sıra eksperimentlərin aparılmasına kömək edib, ötən yay isə informasiyanı bir-birindən min km aralıda yerləşən üç yerüstü stansiyaya ötürüb. Bu yaxınlarda Çin fizikləri məlumatları Avstriyanın Qras və Çinin Sinlun şəhərləri arasında mühafizəli kanal vasitəsilə ötürərək yenidən rekorda imza atıblar. Şəhərlər arasında məsafə 7 min kilometrdən çoxdur.
8 giqabayt operativ yaddaşlı kompüter brelok hazırlanıb
“Q-Stick” startapı eyniadlı “Q-Stick” kompüter brelok təqdim edib. İstehsalçı onu sinfində ən güclü qurğu adlandırır. Brelokun buraxılışı üçün vəsait toplanışı kampaniyası “Indiegogo” saytında aparılır.
“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək
“Instagram”da tətbiq edilmiş yeni funksiya istifadəçinin proqrama son daxilolma vaxtını göstərəcək. Bu haqda “Business Insider” nəşri yazıb.
Bu 4 məhsul uşaqların qaraciyərini sıradan çıxarır! Xəbərdarlıq
Bambino Gesu Hospitalının (İtaliya) mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır
Diqqət: Mədə ağrılarına son verən içki
İsveçrəli alim Alfred Vogel diqqət etməli olduğunuz məqamları açıqladı. İşə gedərkən və ya adi günlərdə təmiz havada gəzin. Mədə problemlərinə qidalanma ilə yanaşı qidalanmaq qaydasının da böyük təsiri vardır.
Türk ordusu Afrinə girdi
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriya müxalifət ordusunun dəstəyi ilə Afrin şəhərinin şərq hissəsinə hücuma başlayıb. Məlumata görə, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir.Türkiyə ordusunun hazırda PYD və YPG terror qruplaşmaları ilə döyüş vəziyyətində olduğu deyilir.
Ötən il 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb
Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Avropa Şurasının baş katibi Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair tədbirləri müsbət qiymətləndirib
Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşdirilməsinə dair atılan addımları müsbət qiymətləndirib. Məlumata görə, bu barədə o, AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib. "Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlər hazırlanıb. Bu, müsbət addımdır", - deyə baş katib vurğulayıb.
XİN “Zeytun Budağı” əməliyyatına münasibət bildirdi
“Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır”. “Olaylar”ın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. XİN sözçüsü bildirib ki, Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir: “Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir.
"Azərbaycan Davos Forumu üçün əhəmiyyətli tərəfdaşlardan biridir"
Davos Forumu dünyada ən aparıcı iqtisadi forum kimi qiymətləndirilir. Yeganə forumdur ki, dünyanın aparıcı liderlərinin və aparıcı şirkətlərin rəhbərlərini və üzvlərini bir araya yığmaq imkanına malikdir. Bu iqtisadi forum həm Azərbaycan üçün həm də, dünya üçün kifayət qədər yüksək forumdur. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
Bu məhsullar təzyiqi salır Həkimlər açıqladı
Həkimlər hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusi müalicəvi pəhriz tövsiyə edir. Hipertoniya xəstələri öz qidalanmasından yağlı, duzlu, qızardılmış, hisə verilmiş, marinada qoyulmuş qidaları çıxarmalıdır. Məhz bu qidaların qəbulu təzyiqin artmasına səbəb olur. Qidalanmaya daha çox meyvə-tərəvəz, qoz-fındıq, balıq daxil etmək lazımdır.














