Türk ordusu Afrinə girdi
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriya müxalifət ordusunun dəstəyi ilə Afrin şəhərinin şərq hissəsinə hücuma başlayıb. Məlumata görə, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir.Türkiyə ordusunun hazırda PYD və YPG terror qruplaşmaları ilə döyüş vəziyyətində olduğu deyilir.
22 Yanvar 2018 18:47 DünyaTürkiyə Silahlı Qüvvələri (SQ) Suriya müxalifət ordusunun dəstəyi ilə Afrin şəhərinin şərq hissəsinə hücuma başlayıb. Məlumata görə, bu barədə Türkiyə SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir.Türkiyə ordusunun hazırda PYD və YPG terror qruplaşmaları ilə döyüş vəziyyətində olduğu deyilir.
Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə ordusunun quru qoşunları Suriyanın Afrin şəhərində 9 yaşayış məntəqəsini terrorçulardan təmizləyib. Əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Afrində davam edən "Zeytun budağı" əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədi daşıyır. R.T.Ərdoğan vurğulayıb ki, Suriyanın parçalanması nə Türkiyə, nə İraq, nə də İranın maraqlarına cavab verir: "Türkiyəyə Suriya əraziləri lazım deyil, amma Ankara Suriyanın şimalında təhlükəsizliyi təmin etməyə məcburdur".