Təzyiqi ölçən və istifadədən sonra orqanizmdə həll olan implantat hazırlanıb

Həkimlər pasiyentlərdə, məsələn, beyin şişi kimi xəstəliklərə nəzarət etmək  istədikdə bəzən sensor implantasiya edirlər və bu sensor hər dəfə təzyiqə məruz qaldıqda oxunan elektrik siqnalı saçır. Problem ondadır ki, bu sensorlar istifadədən sonra pasiyentin bədənindən çıxarılmalıdır və bu,  əlavə əməliyyat tələb edir. Ancaq indi alimlər tərəfindən yaradılmış yeni qurğu zamanla pasiyentin orqanizmində öz-özünə həll olunacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, Konnektikut Universitetinin komandası tərəfindən yaradılmış elastik sensorABŞ Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi tərəfindən cərrahi tikişlər, sümük transplantatları və ​​tibbi implantatlarda istifadə üçün təhlükəsiz hesab edilən materiallardan yaradılıb. Sensor təzyiq hiss edən kimi zəif siqnal saçır və bu siqnal bədəndən kənarda yerləşən qurğu tərəfindən aşkar edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31