"Azərbaycan Davos Forumu üçün əhəmiyyətli tərəfdaşlardan biridir"
Davos Forumu dünyada ən aparıcı iqtisadi forum kimi qiymətləndirilir. Yeganə forumdur ki, dünyanın aparıcı liderlərinin və aparıcı şirkətlərin rəhbərlərini və üzvlərini bir araya yığmaq imkanına malikdir. Bu iqtisadi forum həm Azərbaycan üçün həm də, dünya üçün kifayət qədər yüksək forumdur. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
22 Yanvar 2018 18:37 İqtisadiyyatDavos Forumu dünyada ən aparıcı iqtisadi forum kimi qiymətləndirilir. Yeganə forumdur ki, dünyanın aparıcı liderlərinin və aparıcı şirkətlərin rəhbərlərini və üzvlərini bir araya yığmaq imkanına malikdir. Bu iqtisadi forum həm Azərbaycan üçün həm də, dünya üçün kifayət qədər yüksək forumdur. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Dünya İqtisadi Forumu nəticə etibarı ilə qlobal məsələlərin müzakirə edilməsi baxımından bir tirbunadır və imkan verir ki, qlobal məsələləri birgə müzakirə etmək mümkün olsun: "Azərbaycan üçün Dünya iqtisadi forumu əhəmiyyətlidir. Çünki bu İqtisadi Forum Azərbaycana yeni aparıcı şirkətlərlə danışıq aparmağa və ölkəmizin mövcud potensialını təqdim etmək üçün lazımdır. Həmçinin bu forum Azərbaycanla bağlı məlumatları daha böyük arenaya çatdırmağa imkan yaradır. O baxımdan forum yeni əlaqələrin qurulması, investorların ölkəmizə dəvət edilməsi Azərbaycanın iqtisadi potensialının təqdimatı baxımdan kifayət qədər önəmli tədbirdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan da Dünya İqtisadi Forumu üçün əhəmiyyətli tərəfdaşlardan biridir. Ona görə düşünürəm ki, Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib, əhəmiyyətli olmaqla yanaşı həm də Azərbaycanda sözü gedən forum üçün lazımlı bir tərəfdaşdır".