Gündəm
“Hədəf Bakıdır” sənədli filmi Los Ancelesdə
Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.
Ancelina Coli ilk dəfə AÇIQLADI
Aktrisa Ancelina Coli dərgilərdən birinə verdiyi müsahibəsində ilk dəfə keçmiş əri, aktyor Bred Pittlə ayrılma səbəbini açıqlayıb. Aktrisa aralarndakı münasibətlərin birdən deyil, zamanla soyuduğunu dilə gətirib. “Birlikdə olduğumuz 10 il ərzində əvvəlcə anam xərçəng oldu. Sonra mən bu xəstəliklə mübarizə apardım. Sinəmi, yumurtalıqlarımı götürdülər. Bütün bunlar Bredlə ayrılmağıma səbəb olan hadisələrdir”.
Bu gün Davos forumu başlayır
Alpinistlərin axtarışları nə vaxta qədər davam etdiriləcək? - Klub rəhbərinin cavabı
Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Bu barədə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.
Hollivudun ən yaşlı aktrisası vəfat etdi
Hollivudun ən yaşlı aktrisası Konni Soyer 106 yaşında vəfat edib. K.Soyer Los-Ancelesdəki evində dünyasını dəyişib. Konni Soyer 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.
“Donuz qripi” canlar aldı
Son iki ay ərzində Ekvadorda H1N1 virusu (“donuz qripi”) 22 nəfərin həyatına son qoyub. Noyabrın 19-dan yanvarın 20-dək ölkə ərazində 441 nəfər ölümcül xəstəliyə yoluxub, onlardan 22-si ölüb.
"Bin Laden" həbs olundu
Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.
Bakıda toy yasa döndü - VİDEO
60-dan yuxarı yaşı olan kişi rəqs etdikdən sonra elə restoranda dünyasını dəyişib. Hadisə ötən gecə paytaxtdakı restoranların birində baş verib. "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restorana toya gələn şəxs bir müddət rəqs edib. Daha sonra o yerinə əyləşib. Təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.
Tanınmış modelyerin yeni kolleksiyası
Tanınmış modelyer Fikrət Əliyev Bakıda yeni geyim kolleksiyasını təqdim edib. Dəfilədə modelyerin 20-dək yeni işi nümayiş olunub.
Ətrafdakılara atəş açdı
İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb. Bu, insanlar arasında təlaşa yol açıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.
63 “Taliban” üzvü məhv edildi
Muzeyin yeni məqalələr toplusu işıq üzü gördü
“Milli Azərbaycan Tarixi Muzeyi-2017” adlı məqalələr toplusunun növbəti nömrəsi çapdan çıxıb. Olaylar.az bildirir ki, nəşrdə muzeyin əməkdaşlarının vətən tarixi, arxeologiya, etnoqrafiya, numizmatika və sənətşünaslıq sahələri üzrə 40-dan artıq araşdırma yazısı yer alıb.
Diqqət: Qadınlarda tüklənmənin səbəbləri
Kişilərlə müqayisədə qadınlarda bədənin bir çox hissəsini nazık yumşaq açıq rəngdə tüklər örtür. Əgər qadında üz (çənə və üst dodağın üstü), sinə, qarın, bud, kürək, bel nahiyələrində qalın qara uzun tüklər əmələ gəlirsə, bu patoloji hal sayılır. Tibbdə bu "hirsutizm" adlandırılır.
Aldadılanın və aldatmağın psixologiyası
Depressiyaya təsir edən hadisələr sırasında aldatmaq daha böyük yer tutur. Hətta cinsi xəyanət depressiyanın ən böyük səbəblərindən biridir. Ondan sonra isə həyat yoldaşının ölümü gəlir. Yəni, həyat yoldaşı tərəfindən xəyanət edilən insanlar, o ölərkən aldığı psixoloji travmadan daha çox yara alır.
İnsan beyninin zirvədə olduğu yaş həddi...
ABŞ-da aparılan bir araşdırma beyin funksiyalarının 27 yaşından sonra azalmağa başladığını ortaya çıxarıb."Qaynarinfo" BBC-ə istinadən xəbər verir ki, Virciniya Universitetindən professor Timoti Saltaus insan beyninin zirvədə olduğu yaşın 22 olmasına baxmayaraq, 20 yaşın sonlarında mühakimə, düşünmə tezliyi və fəzasal vizuallaşdırma bacarığının azalmağa başladığını qeyd edib.






.jpg)







