"Bin Laden" həbs olundu
Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.
23 Yanvar 2018 09:11 DünyaHindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.
Agentlik polisdəki mənbəyə istinadən bildirib ki, Kureşi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qısamüddətli atışmadan sonra yaxalanıb. O, partlayıcı qurğular üzrə mütəxəssis hesab edilir.
Kureşi Hindistanın "Bin Laden"i adlandırılıb.

Report.az