Ancelina Coli ilk dəfə AÇIQLADI
Aktrisa Ancelina Coli dərgilərdən birinə verdiyi müsahibəsində ilk dəfə keçmiş əri, aktyor Bred Pittlə ayrılma səbəbini açıqlayıb. Aktrisa aralarndakı münasibətlərin birdən deyil, zamanla soyuduğunu dilə gətirib. “Birlikdə olduğumuz 10 il ərzində əvvəlcə anam xərçəng oldu. Sonra mən bu xəstəliklə mübarizə apardım. Sinəmi, yumurtalıqlarımı götürdülər. Bütün bunlar Bredlə ayrılmağıma səbəb olan hadisələrdir”.
23 Yanvar 2018 09:51 DünyaAktrisa Ancelina Coli dərgilərdən birinə verdiyi müsahibəsində ilk dəfə keçmiş əri, aktyor Bred Pittlə ayrılma səbəbini açıqlayıb. Aktrisa aralarndakı münasibətlərin birdən deyil, zamanla soyuduğunu dilə gətirib.
"Birlikdə olduğumuz 10 il ərzində əvvəlcə anam xərçəng oldu. Sonra mən bu xəstəliklə mübarizə apardım. Sinəmi, yumurtalıqlarımı götürdülər. Bütün bunlar Bredlə ayrılmağıma səbəb olan hadisələrdir".
Coli Bredlə "Mr. and Mrs. Smith" adlı filmin çəkiliş zamanı tanış olduqlarını və sonuncu dəfə birlikdə "By the Sea" ekran işinə çəkildiklərini bildirib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.