Son şəklini çəkən fotoqraf

1952-ci ildə anadan olmuş Hişino Mitio uşaqlıq dövründə macəra ədəbiyyatı ilə maraqlanır və 16 yaşında Şimali Amerikaya tək başına səfər edir. Tələbə olduğu zaman jurnalda sivilizasiyadan uzaq olan Şişmaref şəhərinin şəkillərini görür və Alyaska ilə dərindən maraqlanmağa başlayır. Şəhər qubernatoruna məktub belə göndərir. Nəticədə 1973-cü ildə Şişmarefi ziyarət edir.

Alyaskada isə o, yalnız ayıların şəkillərini çəkir.

1996-cı ilin bir günü bir qrup jurnalistlə Kamçatkaya səfər edir. Bu səfəri jurnalistlər silahsız Mitionun ayıları necə görüntülədiyini qeydə almaq üçün təşkil edirlər. Bu zaman ərzində hər şey yaxşı gedir və istənilən görüntülər də qeydə alınır.

Gecə isə fotoqraf jurnalistlərin qaldığı daxmanın yanındakı çadırda gecələyir. Jurnalistlərin dediklərinə görə isə Mitio çox da uzaqda olmayan ayıların ona zərər verəcəklərinə heç vaxt inanmırdı. Amma gecə daxmadakılar dəhşətli qışqırıq səsinə oyanırlar. Əl fənəri ilə daxmadan çıxan jurnalistlər qorxunc mənzərə ilə qarşılaşırlar: böyük bir ayı qəhrəman fotoqrafı dişlərində tutaraq sürükləyir. Ətrafda nə edəcəyini bilməyən insanların qışqırıqlarına baxmayaraq ayı fotoqrafçı ilə birgə gözdən itir.

Səhər isə xilasetmə dəstələri hadisə yerinə gəlir və yatmış ayını çəmənlikdə tapırlar. Qaçmaq istəyən ayı güllələnir. Bir az aralıda isə fotoqrafın yarısı yeyilmiş cəsədini tapırlar. 

Mitio 1996-cı ildə son gecəsini keçirdiyi çadırda qatili olan ayının şəkillərini çəkə bilir. 

Bu şəkil isə fotoqrafın çəkdiyi son şəkil olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31