Deputat: “Ermənistanda prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq”

“Ermənistanda parlament tərəfindən seçilən prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq”. Bu fikri  Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

"Ermənistanda parlament tərəfindən seçilən prezident rəmzi xarakter daşıyan səlahiyyətlərə malik olacaq". Bu fikri  Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Hakim Respublikaçı Partiya tərəfindən namizədliyi irəli sürülən səfir Armen Sarkisyanın ölkəsinin xarici siyasətində nə kimi dəyişikliklər edəcəyi barədə sualı cavablandıran deputat bildirib ki, prezident xarici siyasəti həyata keçirən şəxs olmayacaq: "Xarici siyasəti həyata keçirən şəxs xarici işlər naziri olacaq. Əgər hazırkı XİN rəhbəri Edvard Nalband öz postunda qalsa, onda xarici siyasətlə bağlı məsələləri o reallaşdıracaq, onun da rəhbəri baş nazir olacaq". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31